Hindlinin inanılmaz səyahəti () — 2018-ci ildə rejissor Ken Skott tərəfindən çəkilmiş və baş rollarda Dhanuş və Erin Moriartinin iştirak etdiyi macəra komediya filmi. Romen Puertolasın “Ikea qarderobunda qapalı qalmış Fakirin fövqəladə səyahəti” romanı əsasında çəkilmiş filmin orijinalı fransız dilindədir. Film Hindistan, Belçika, Fransa və İtaliyada çəkilmişdir.

Film 30 may 2018-ci ildə Fransada nümayiş olunmuşdur. Film 21 iyun 2019-cu ildə Hindistan, ABŞ, Kanada, Sinqapur və Malayziyada 7 fərqli dildə nümayiş etdirilmişdir: İngilis, Fransız, Hind, Tamil, Teluqu, Malayalam və Kannada.

Rollarda

Dhanuş — Acataşatru "Aca" Lavaş Patel Harti Sinqh — gənc Aca Berenis Bejo — Nelli Marney Erin Moriarti — Mari River Barkhad Abdi — Virac Jerar Jüno — Qustav Palurd Ben Miller — Məmur Smit Abel Cafri — Kapitan Fik Sara-Janna Labross — Rouz Key Qreydanus — Piter Amruta Sant — Acanın anası Sirinqh Harşad Kumar — meyvə satan Rakeş Caysval — doktor Romen Puertolas Tomas — Qrequar

İstehsalı

Film birinci dəfə 2016-cı ilin yanvar ayında iranlı rejissor Mərcan Sətrapinin rejissorluğu və baş rollarda aktyorlar Dhanuş, Uma Turman və Aleksandra Daddarionun iştirakı ilə nümayiş etdirilmişdir. Lakin iranlı rejissor layihəni tərk etmiş və onun yerinə kanadalı rejissor olan Ken Skott gəlmişdir. Turmanın rolu fransız aktrisası olan Berenis Becoya həvalə edilmişdir. Filmin çəkilişlər 2017-ci ilin may ayında Mumbayda başlamışdır. Filmin birinci çəkiliş cədvəlində əsas çəkilişlər Hindistan, Brüssel, Paris və Romada aparılmışdır.

Nümayiş etdirilməsi

Avstraliya üçün filmin treyleri 2018-ci ilin avqust ayında Icon Films Australia & New Zealand tərəfindən YouTube platformasında nümayiş etdirilmişdir. Hindistanın kino bazarında nümayiş etdirilmiş rəsmi treyleri Zee Music Company tərəfindən 3 iyun 2019-cu ildə buraxılmışdır. YouTube platformasında yayımlanmasından sonra 5 milyondan çox baxış əldə etmişdir.

Bu film 30 may 2018-ci ildə Fransada nümayiş olunmuşdur. Film 2019-cu ilin iyun ayında Hindistan, ABŞ, Kanada, Böyük Britaniya, Sinqapur və Malayziyada nümayiş olunmuşdur. Film, həmçinin Dhanuşun populyarlığından istifadə edilərək Tamil dilində Pakkiri kimi dublyaj edilmişdir. İstehsalçılar əvvəlcə dublyaj versiyası üçün Vaazhkaiyai Thedi Naanum Poren adını nəzərdə tutmuşdular. Filmi Amazon Prime Videoda izləmək mümkündür.

Mükafatlar və nominasiyalar

Film iki beynəlxalq mükafat əldə etmişdir: 2018-ci ildə Norveç Beynəlxalq Film Festivalı zamanı Günəş şüası mükafatını, 2019-cu ildə isə Barselonadakı Sent-Cordi Beynəlxalq Film Festivalı zamanı Ən Yaxşı Komediya nominasiyası üzrə mükafatı əldə etmişdir.

Kassa

Hindlinin inanılmaz səyahəti filmi 20 milyon dollarlıq büdcəyə qarşı 3,26 milyon dollar gəlir əldə edərək kassa müvəffəqiyyətsizliyinə düçar olmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Romada çəkilmiş filmlər Kateqoriya:Parisdə çəkilən filmlər Kateqoriya:Hindistanda çəkilmiş filmlər Kateqoriya:Brüsseldə çəkilmiş filmlər Kateqoriya:Fransız romanlarının ekranlaşdırılması Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:2010-cu illərin komediya macəra filmləri Kateqoriya:Rejissor Ken Skottun filmləri Kateqoriya:Fransanın komediya macəra filmləri Kateqoriya:2010-cu illərin Fransa filmləri Kateqoriya:Bəstəkar Nikolas Erreranın filmləri Kateqoriya:İngilis dilində macəra komediya filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:ABŞ-nin komediya filmləri