Nailə Məmmədova (8 may 1953, Bakı) — tibb elmləri doktoru, professor, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) terapevtika kafedrasının professoru.

Təhsili 1970–1977 — çi illərdə Azərbaycan Dövlət Tibb Universiteti, müalicə işi fakültəsində təhsil alıb.1982–1985-ci illərdə Moskva şəhəri, Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu, Fizioterapiya və Kurortologiya kafedrası, məqsədli aspirantura bölməsinini bitirib

Elmi dərəcə və adları 1985 — Tibb elmləri namizədi. 1989 — Dosent (Sinir xəstəlikləri və fizioterapiya kafedrası, ADHTİ). 2002 — Tibb elmləri doktoru. 2009 — Professor.

Elmi və pedaqoji fəaliyyəti 1986–1989 — ADHTİ, Sinir xəstəlikləri və fizioterapiya kafedrası, assistent vəzifəsindən çalışmışdır.

1989–2003 — Eyni kafedrada dosent olmuşdur. 2004–2013 — ADHTİ, Fizioterapiya və Tibbi Bərpa kafedrasının müdiri vəzifəsindən çalışıb.

2014–indiyədək — ADHTİ, Terapiya kafedrasının professorudur. 2 monoqrafiya və 170-dən artıq elmi və metodik məqalənin müəllifidir. Müxtəlif beynəlxalq konfranslarda iştirak etmişdir (Moskva, Pyatiqorsk, Bonn, Antaliya, Sofiya, Sankt-Peterburq, Soçi, İstanbul və s.).

2010–2016-cı illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fizioterapiya və Tibbi Bərpa üzrə Sertifikasiya Komissiyasının sədri vəzifəsində olub.

İstinadlar