Amerikalı müğənni Ledi Qaqa 2025-ci ildə Mayhem (2025) adlı səkkizinci studiya albomu ilə bağlı Mayhem Ball-a (dünya turu) başlamadan əvvəl bir sıra tanıtım konsertlərinin reallaşdırılması ilə məşğul olurdu. O, 11 və 18 aprel tarixlərində Koaçella Vadisində Musiqi və İncəsənət Festivalıda həmin tanıtım konsertləri ilə çıxış edib. Bunun ardınca Meksika, Braziliya və Sinqapurda konsertlərin keçirilməsi nəzərdə tutulduğu kimi keçirildi.
Kopakabana çimərliyi, Rio-de-Janeyroda pulsuz olan Braziliya konsertinə müxtəlif mənbələr 2,1 milyondan 2,5 milyona qədər insanın gəldiyini qeyd edirlər. 2025-ci il mayın 3-də keçirilən bu Braziliya konserti ilə Ledi Qaqa həm öz karyerasında tamaşaçı sayına görə rekorda çatdı, həm də bir qadın sənətçi kimi tarixdə dünya üzrə ən böyük izdiham rekordunu qırdı. right|thumb| Qaqanın 2025-ci ildə Asiyada yeganə konsertinin keçirildiyi Sinqapur Milli Stadionu. O, sonuncu dəfə 2012-ci ildə Rio-de-Janeyro, San-Paulu və Porto Aleqridə Born This Way Ball turu çərçivəsində Braziliyaya səfər etmişdi. 2017-ci ilin sentyabrında Rioda Rok festivalına qatılmalı idi, lakin fibromialgiyanın səbəb olduğu şiddətli ağrılar səbəbindən həmin səfər ləğv edilmişdi.
Martın 10-da Qaqa İnstaqramda Sinqapur Milli Stadionunda dörd şou göstərəcəyini elan etdi. Bu konsert 2025-ci ildə Qaqanın Asiyadakı yeganə şousu oldu.
Səhnələrin quruluşu Konsertlər opera və psixoloji dramdan ilhamlanan vizual povestlə, aktlara bölünmüş teatr şousu kimi nəzərdən keçirilir. Dəst dizaynı, sifarişlə hazırlanmış kostyumlar və işıqlandırma Mayhem dünyasının müxtəlif aspektlərini əks etdirmək üçün hazırlanmış, eksperimental teatrın ünsürləri tətbiq edilmişdir. Bir neçə xoreoqrafiya Qaqanın keçmiş dövrlərinin elementlərini özündə birləşdirdi, həm canlı tamaşaçılar, həm də onlayn yayım üçün uyğunlaşdırılmış yeni konsepsiyalarla sintez özünü göstərirdi.
Konsertin xülasəsi left|thumb| Qaqa şounun açılışını Tudor dövründən ilhamlanmış 7,5 metrlik qırmızı paltar üzərində "Qanlı Məryəm" adlı mahnısı ilə açdı. Konsert Tudor dövrünü xatırladan 7,5 metrlik qırmızı paltar və "Qanlı Məryəm"in () yeni aranjiman edilmiş orkestr versiyası ilə başlayır. Onun paltarının ətəyi "Abracadabra"ya giriş olaraq rəqqasları qəfəsdə saxlayan polad çərçivəni ortaya qoyur. O, qəfəsin zirvəsinə qayıtmadan və "Judas" ifasına keçməzdən əvvəl başqa bir qırmızı paltarda kostyumunu elə səhnədə teatral şəkildə dəyişir. Daha sonra Qaqa kabare paltarını xatırladan qara duvaq və body geyinib "Scheiße" mahnısını ifa edir. Beləcə teatrallaşdırılmış formada şou nömrələri bir birini əvəz edir. thumb| Qaqa tamaşaçılarla görüşmək üçün onlara yaxınlaşmadan əvvəl pianoda "Vanish into You" mahnısını ifa edir.
Tənqidi reaksiya
Koaçella Qaqanın dinamik performans tərzini səhraya xarakterik cəlbedici, yüksək xoreoqrafik başlıq dəsti ilə gətirdiyini və artıq festivalın 25 ildən çox tarixinin ən yaxşıları arasında yer aldığını söyləyən fikirlərə rast gəlmək mümkündür. Billboard -dan Lindsey Havens konserti tərifləyərək, "iki saatlıq şou konsert kimi maskalanmış ola bilər, lakin baş verənlər performansların diqqətlə hazırlanmasından xəbər verir" deyə qeyd etmişdi. Variety jurnalında Kris Villman konserti Qaqanın vokal bacarıqları, geyimləri və vizual xüsusiyyətlərinə görə tərifləyərək şərhlərini bildirmişdi. Los Angeles Times- dan Mikael Vud Qaqanın "güclü və cəsarətli" vokalını vurğulayaraq şounu yüksək qiymətləndirmişdi. The Guardian -dan Adrian Horton bunu maksimum beş ulduzla qiymətləndirərək, bunu pop ustasının tam reallaşdırılmış işi, ən yüksək səviyyədə illərlə qazanılmış təcrübənin sübutu və eyni nəsil kolleqalarından daha yüksək bir zirvə kimi dəyərləndirdi.
Meksika The Daily Telegraph -dan Ceymi Fullerton Mexiko şəhərində keçirilən ilk konserti beş ulduzdan dördü ilə qiymətləndirərək şounu siyasi proseslərlə müqayisələndirdi. Jorge Emilio Sançezə görə, şou 120 dəqiqə ərzində xaosa və qaranlığa səyahət edərək Salvador Dalinin rəsmindən götürülmüş stildə etiketlənmişdir. Ümumilikdə onun Meksika konserti də tənqidçilər tərəfindən müsbət qiymətləndirildi.
Braziliya Braziliyanın ən məşhur qəzetlərindən biri olan "Correio Braziliense" şounu müğənninin bütün şöhrətinin sahibi olan Ledi Qaqa ilə bütün bunların arxasında duran şəxs Stefani Cermanotta arasındakı toqquşmanın çox yaxşı məşq edilmiş hekayəsi kimi təqdim etdi. Braziliya konserti onun yaradıcılığının rekord izdiham toplamış konserti olaraq tarixə düşdü. İzdiham daxilində terror aktına cəhd olsa da, aktı törədəcəyində şübhəli bilinən 2 nəfər dərhal Braziliya polisi tərəfindən saxlanılaraq zərərsizləşdirildilər.
İstinadlar Kateqoriya:Ledi Qaqa Kateqoriya:Ledi Qaqa mahnıları Kateqoriya:Ledi Qaqa albomları Kateqoriya:Rekordlar