Niletto (əsl adı: Danil Sergeyeviç Prytkov ) — rus müğənni, rəqqas və musiqiçi. 2019-cu ildə "Любимка" ("Lyubimka") adlı mahnısı ilə geniş tanınmışdır. 2020-ci ildə MTV Europe Music Awards tərəfindən "Ən Yaxşı Rusiya İfaçısı" nominasiyasında qalib olmuşdur.

Həyatı və karyerası Danil Prytkov 1 oktyabr 1991-ci ildə Tümen şəhərində Svetlana və Sergey Prytkovların ailəsində anadan olmuşdur. İki böyük bacısı vardır. Uşaqlıq illərini Yekaterinburqda keçirmişdir. 9 yaşından etibarən rəqs dərsləri almış və vokal təhsili görmüşdür. Orta məktəbi bitirdikdən sonra Ural Dövlət Meşə Texniki Universitetinin mühəndis-ekologiya fakültəsinə daxil olmuş, lakin üçüncü kursda təhsilini yarımçıq qoymuşdur. Daha sonra rəqs müəllimi və tikinti sahəsində işləmişdir.

Niletto musiqi karyerasına 2010-cu ildə başlamışdır. 2018-ci ildə TNT kanalında yayımlanan "Песни" layihəsinin birinci və ikinci mövsümlərində iştirak etmişdir. 2019-cu ildə "Любимка" adlı mahnısı ilə böyük uğur qazanmış, bu mahnı Rusiya və Şərqi Avropa ölkələrində çartların zirvəsinə yüksəlmişdir.

6 iyun 2020-ci ildə Niletto öz bloqunda pərəstişkarları və media arasında səs-küyə səbəb olan yeni konstitusiya dəyişikliklərinə çağırış yazması ilə gündəmə gəlir.

2020-ci ildə Zivert ilə birlikdə "Fly 2" adlı mahnını təqdim etmişdir. Eyni ildə Klava Koka ilə "Краш" adlı duetini yayımlamışdır.

2020-ci ilin mart ayında "Простым" adlı mini-albomunu, 2022-ci ilin fevralında isə "Криолит" adlı tam formatlı albomunu çıxarmışdır.

2024-cü ilin may ayında Niletto, MEDIA BASKET liqasında keçirilən basketbol matçında Aşil vətərinin qopması nəticəsində ciddi zədə almışdır. Altı həftə gipsdə qaldıqdan sonra, altı aylıq reabilitasiya müddəti keçirmişdir.

Niletto-nun musiqi üslubu pop, hip-hop və trap janrlarının qarışığından ibarətdir. Mahnılarında emosional və lirik mətnlərə üstünlük verir. Səhnə performanslarında rəqs elementlərinə xüsusi diqqət yetirir.

Yaradıcılığı

Albomlar "Криолит" (2022)

Mini-Albomlar (EP) - "Хентай"

- "And There We Go"

- "Ляля"

- "Голос черновиков"

- "Простым" (2020)

- "Юбилейный 30"

Seçilmiş mahnıları - "Любимка" (2019)

- "Fly 2" (Zivert ilə, 2020)

- "Краш" (Klava Koka ilə, 2020)

- "Если тебе будет грустно" (Rauf & Faik ilə)

- "В мире людей"

- "Дай мне"

- "Не люблю?" (Anet Say ilə)

- "Быть собой" (Bittuev ilə)

Mükafatları - 2020: MTV Europe Music Awards — Ən Yaxşı Rusiya İfaçısı (qalib)

- 2020: OK! Mükafatı — Yeni Simalar: Musiqi (nominasiya)

- 2020: Qızıl Qrammofon — "Любимка" mahnısı ilə (qalib)

- 2021: Top Hit Music Awards — YouTube-da Ən Yaxşı İfaçı (qalib)

- 2021: RU.TV Mükafatı — Ən Yaxşı Başlanğıc (qalib)

- 2021: Muz-TV Mükafatı — Ən Yaxşı Kollaborasiya ("Краш" mahnısı ilə, qalib)

İstinadlar

Kateqoriya:Rusiya rəqqasları Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:XXI əsr müğənniləri