Threskiornis molucca (Avstraliya ağ ibisi) — İbislər fəsiləsinə (Threskiornithidae) aid olan quş növü.
Taksonomiya
Bu növ ilk dəfə 1829-cu ildə Jorj Küvye tərəfindən "Ibis molucca" kimi təsvir edilmişdir. Afrika "müqəddəs ibis"i (T. aethiopicus) və Asiyanın "qara başlı ibis"i (T. melanocephalus) ilə birlikdə supernöv kompleksinə daxil edilir. Bu kompleksdəki statusu illər boyu dəyişmişdir. 1970-ci ildə Holyoak tərəfindən aparılan lələk nümunələrinin geniş təhlili nəticəsində bu növün "T. aethiopicus" ilə oxşarlığı qeyd edilmiş və "T. aethiopicus" növünə daxil edilməsi təklif edilmişdir. Lakin 1991-ci ildə Lou və Riçards tərəfindən aparılan araşdırma nəticəsində yenidən müstəqil növ kimi tanınması tövsiyə edilmişdir. Bu, xromosom tədqiqatları ilə də təsdiqlənmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Avstraliya quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:1829-cu ildə təsvir edilən quşlar Kateqoriya:Yeni Qvineya quşları