Satalalı Afrodita heykəli — Satalada tapılmış tunc Hellenistik heykəlin həqiqi ölçülü başıdır. Çox böyük ehtimalla eramızdan əvvəl II və ya I əsrdə Anadoluda hazırlanmış bu əsər kəşf edildikdən bir il sonra, 1873-cü ildə Britaniya Muzeyi tərəfindən satın alınmışdır. Əsər bəzi alimlər tərəfindən Knidli Afrodita ilə müqayisə edilir və ya ona oxşadılır.
Heykəl əsasən yunan ilahəsi olan Afroditaya aid edilir, lakin əsas məbədi Satala yaxınlığında yerləşən erməni ilahəsi Anahit ilə də əlaqələndirənlər vardır.
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
Kateqoriya:Britaniya muzeyindəki Yaxın Şərq obyektləri Kateqoriya:Türkiyədə arxeoloji kəşflər Kateqoriya:Britaniya muzeyindəki Qədim Yunanıstan və Roma obyektləri