Ann Edvij Mariya Peşer (; ) — Luan Emera () və ya sadəcə Luan () səhnə adı ilə çıxış edən Fransa müğənnisi və aktrisası. "Avroviziya 2025" mahnı müsabiqəsində Fransanı təmsil etmiş və finalda 7-ci yeri tutmuşdur.

Həyatı Ann Peşer Pa-de-Kale departamentində yerləşən Enen-Bomon şəhərində anadan olmuşdur. Atası Jan-Pyer Peşer polyak-alman əsilli fransız, anası İzabel Pinto dos Santos Portuqaliyada anadan olmuş braziliyalıdır. Annın dörd doğma bacı-qardaşı var.

Luan 2008-ci ildə "Direct 8" Fransa teleşirkətinin təşkil etdiyi "L'École des stars" mahnı müsabiqəsində iştirak etmişdir.

Şəxsi həyatı Luan müğənni Florian Rossi ilə münasibətdədir. 2020-ci ilin martında Esmi adlı qızı anadan olmuşdur.

Fəaliyyəti The Voice: la plus belle voix Peşer debütünü 2013-cü ildə "The Voice: la plus belle voix" yarışmasının ikinci mövsümündə etmişdir. Dinləmələr zamanı Uilyam Şellerin "Un homme heureux" mahnısını ifa etmiş və münsiflərin dördü də (Floran Panyi, Cenifer, Lui Bertinyak, Qaru) ona tərəf dönmüşdür. O, Lui Bertinyakın komandasını seçmişdir. Onun "görmədən dinləmələr" mərhələsindəki çıxışı 16 fevral 2013-cü ildə yayımlanmışdır.

23 mart 2013-cü ildə "qarşıdurmalar" mərhələsində Peşer rəqibi Diana Espirlə çıxış edərək, Ednaswapın "Torn" mahnısını (daha çox Natali İmbrulyanın ifasında tanınır) təfsir etmişdir. Canlı dinləmələr zamanı Peşer Mişel Leqranın "Les moulins de mon cœur" mahnısı ifa etmiş və səsvermə nəticəsində növbəti mərhələyə keçmişdir. 27 aprel 2013-cü ildə Cepsenin "Call Me Maybe" mahnısını oxuyandan sonra onu münsif ustadı xilas etmişdir. Növbəti raundda Ann Peşer Con Lennonun “Imagine” mahnısını ifa etmişdir. Müğənni layihəni yarımfinalda, Karla Bruninin "Quelqu'un m'a dit" mahnısını oxuyandan sonra digər yarımfinalçının hesabında 76, Peşerin hesabında 74 xal olduğu üçün tərk etmişdir.

Luan da daxil olmaqla, layihənin bütün yarımfinalçı və finalçıları Fransa üzrə "Səs" turunda iştirak etmişdir.

"Səs" layihəsindən sonra Luanı "Səs" layihəsində kəşf edən Erik Lartiqo onu "Belye ailəsi" filminə çəkmişdir. O, filmdə kar ailənin eşitmə qabiliyyəti olan yeganə üzvü – 16 yaşlı Paulanı ifa etmişdir. Personaj "Je vole" də daxil olmaqla, Mişel Sardunun bir sıra mahnılarını oxuyur. Bundan sonra aktrisa "Ən ümidverici aktrisa" nominasiyasında 40-cı "Sezar" kino mükafatına namizəd olub.

5 fevral 2015-ci ildə Cessi Ceyin Parisdəki konsertindən qabaq çıxış etmişdir.

İlk studiya albomu olan "Chambre 12" 2 mart 2015-ci ildə işıq üzü görmüş və böyük müvəffəqiyyət qazanmışdır. Onun "Avenir" sinqlı fransız çartlarında liderlik etmişdir.

2017-ci ildə onun ifası "It Won’t Kill Ya" trekində səslənmişdir.

1 sentyabr 2021-ci ildə "Pokemon 25" üçün "Game Girl" mahnısını hazırlamışdır.

30 yanvar 2025-ci ildə Bazeldə keçiriləcək "Avroviziya 2025" mahnı müsabiqəsində Fransanı Luanın təmsil edəcəyi elan olunmuşdur. İfa etdiyi "Ana" mahnısı mərhum anasına həsr olunmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fransa müğənniləri Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Fransanın "Avroviziya" təmsilçiləri Kateqoriya:Fransa aktrisaları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XXI əsr aktrisaları