– yapon manqaka. 2014–2023-cü illərdə "Enterbrain" nəşriyyatının "Harta" jurnalında nəşr olunmuş "Delicious in Dungeon" manqa seriyasının müəllifi kimi tanınır.
Karyerası Ryoko Kui yaradıcılığına "Pixiv" və Comitia üçün işlər hazırlamaqla başlamışdır. 2008–2012-ci illərdə öz şəxsi bloqunda adlı veb-komiks seriyasını yayımlamışdır. O, saytındakı fentezi manqasını öz hesabına nəşr etdirərək Comitia tədbirində nümayiş etdirmişdir. "East Press" nəşriyyatından bir redaktor onun manqasını nəşr etdirmək istəsə də, manqanın yaxşı satılmayacağını düşünüb qısa hekayələr toplusu kimi nəşr etdirməyə qərar vermişdir. Kui 2011-ci ildə adlı qısa hekayələr toplusu ilə manqaka kimi debütünü gerçəkləşdirmişdir. 2012-ci ildə adlı işi buraxılmışdır. Manqa redaktoru Masaru Hiroi onun "Pixiv"də əriştəni burnu ilə yeyən oğlandan bəhs edən manqasını gördükdən sonra onunla email vasitəsilə əlaqə saxlamış və manqa çəkməyi təklif etmişdir.
Kui 2013-cü ildə "Terrarium in Drawer" manqasına görə Yaponiya Media İncəsənəti Festivalının Manqa bölməsi üzrə Mükəmməllik Mükafatının qalibi olmuşdur. 2014-cü ildə ilk uzun işi olan "Delicious in Dungeon" manqa seriyası serializasiya olunmağa başlamışdır. Kui bu manqasına görə 2015-ci ildə Comic Natalie Mükafatının qalibi olmuşdur. 2024-cü ildə manqa seriyasının anime serialı adaptasiyası çəkilmiş və Kui animenin istehsal prosesində yaxından iştirak etmişdir.
Üslubu və şəxsi həyatı Kui bir müsahibəsində özünü əjdahalarla assosiasiya etdiyini bildirmiş və əsərlərinin çoxunda əjdaha mövzusundan istifadə etmişdir. O, yeməklərlə arasının yaxşı olmadığını və uşaqlıqdan yemək seçdiyini bildirmişdir. Kui insanların qarşısında yemək yeməkdən və yemək yeyən insanları görməkdən nifrət etdiyi üçün yeməyini tualetdə yeyirdi.
Kui videooyunların və stolüstü oyunların fanatıdır. O, balaca olanda atasının necə "Wizardry" oynadığını izləmişdir. İlk oyun konsolu valideynlərinin bir lotereyada udduqları Famicom olmuşdur. Lakin imtahanlara hazırlaşdığı üçün oyunlardan uzaqlaşmışdır. O, təkrar oyun oynamağa "Delicious in Dungeon" manqası üçün araşdırma apararkən başlamış və rol oyunları ilə tanış olmuşdur. O, "Disco Elysium" kimi yuxarıdan aşağı prespektivə, həyəcanlı hekayəyə və ağır mətnlərə malik olan, eləcə də, oyunçuların seçimlərinin böyük təsirə malik olan oyunları bəyəndiyini qeyd etmişdir. "Papers, Please" onun ilk indi oyun təcrübəsi olmuşdur. O, "Gorogoa" və "Superliminal" kimi indi pazl oyunlarını bəyənir. Kui öz bloqunda "Planescape: Torment", "Pathfinder: Kingmaker", "Baldur's Gate 3", "Pathfinder: Wrath of the Righteous" kimi videooyunların fanartlarını çəkmişdir.
Biblioqrafiya
Manqalar
Artbuklar
"Daydream Hour", "Harta" jurnalı cild 37, 12 avqust 2016, "Daydream Hour 2", "Harta" jurnalı cild 41, 15 avqust 2017, "Daydream Hour 3", "Harta" jurnalı cild 74, 15 may 2020, "Daydream Hour 4", "Harta" jurnalı cild 81, 15 fevral 2021, "Daydream Hour 5", "Harta" jurnalı cild 96, 12 avqust 2022, , 15 yanvar 2024,
Qeydlər
İstinadlar
Xarici keçidlər Ryoko Kuinin şəxsi bloqu
Kateqoriya:Qadın manqakalar