Altan Karamanoğlu (; ) — Türkiyə siyasətçisi, Türkiyənin Azərbaycandakı (1992–1995) və Litvadakı (1998–2000)REPUBLIC OF TÜRKİYE TURKISH EMBASSY IN VILNIUS fövqəladə və səlahiyyətli səfiri.

Həyatı 2 iyun 1935-ci ildə Türkiyənin Bolu ilində dünyaya gəlib. Atası Əhməd Qüdsi Muhsin Karamanoğlu Bolunun nüfuzlu Sürəyya Əfəndiləri ailəsindən olub.

Əmək fəaliyyətinə 1957-ci ildə Türkiyə Xarici İşlər Nazirliyinin protokol idarəsində başlayıb. 1961-ci ildə Ankara Universitetinin Hüquq Fakültəsini bitirib. 1963–1965-ci illərdə ehtiyatda olan zabit kimi hərbi xidmət keçib. 1965-ci ildə Konsulluq idarəsində üçüncü katib işləyib.

Müxtəlif illərdə Türkiyə Xarici İşlər Nazirliyində, o cümlədən Suriyada, Əlcəzairdə, İspaniyada, İranda, Fransada diplomatik vəzifələrdə çalışıb. 1991-ci ildə Bakıya baş konsul təyin olunub. 1992–1995-ci illər aralığında Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib. Bəzi məlumatlara görə, onun Azərbaycandan ayrılmasının səbəbi 1995-ci il mart hadisələri və rəsmi Bakının səfirlə yola getməməsi olub. 1995–1998-ci illərdə Türkiyə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin müdiri olub. 1998–2000-ci illər aralığında Türkiyə Cümhuriyyətinin Litvadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

2000-ci ildə təqaüdə çıxan Karamanoğlu, uzun sürən ağır xəstəlikdən sonra 17 may 2012-ci ildə Lionda vəfat edib. Cənazəsi Türkiyəyə gətirilən sabiq səfir Karşıyaka qəbiristanlığında dəfn edilib.

Həmçinin bax Türkiyənin Azərbaycandakı səfirlərinin siyahısı

İstinadlar

Xarici keçidlər Türkiyənin Azərbaycandakı ilk səfiri Altan Karamanoğlu: "Həyatımın ən gözəl 5 ilini Azərbaycanda keçirmişəm" – MÜSAHİBƏ // Apa.az

Kateqoriya:Ankara Universiteti Hüquq fakültəsinin məzunları Kateqoriya:Türkiyənin Azərbaycandakı səfirləri Kateqoriya:Türkiyə diplomatları Kateqoriya:Türkiyə səfirləri