Qazax Ədəbiyyat Muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey.
Tarixi 5 iyul 2013-cü ildə binanın açılışı olmuşdur.
Qazax şəhərində Ədəbiyyat muzeyinin tikintisi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 5 (beş) milyon manat ayrılmışdır.
Muzey binası Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır.
Muzeyin eksponatları Muzeydə olan əsərlər Azərbaycan ədəbiyyatının müxtəlif dövürlərini əks etdirir. Muzeydə olan eksponatlar ziyarətçilərə rayonun ədəbi mühiti haqqında dolğun məlumatlar verir.
İstinadlar
Xarici keçidlər Qazax icra hakimiyyətinin saytında Kateqoriya:Azərbaycandakı ədəbiyyat muzeyləri