Emin Ağayev () — azərbaycanlı keçmiş peşəkar tennisçidir.
Bioqrafiya Ağayev Sovet İttifaqının tərkibində olan Özbəkistanın Daşkənd şəhərində anadan olub, lakin tennis karyerası boyunca Azərbaycanı təmsil edib. Gənclər arasında çıxış etdiyi dövrlərdə dünya reytinqində ilk 50-liyə daxil olub və 1997-ci ildə Fransa Açıq çempionatında israilli tennisçi Andy Ram ilə birlikdə oğlanlar arasında cütlüklərdə yarımfinala yüksəlib.[ O, 1999-cu ildə peşəkar tennisçi kimi çıxış etməyə başlayıb. 2002-ci ildə Indianapolis şəhərində keçirilən RCA Çempionatında karyerasında yeganə dəfə ATP səviyyəli turnirin əsas püşkatmasına düşüb. Birinci raundda 13-cü səpilmiş tennisçi Mişel Kratoşvil ilə qarşılaşıb və məğlub olub. 2003-cü ildə İstanbulda keçirilən Çaçencer turnirində fransalı Riçard Qasqeni məğlub edib, ABŞ Açıq turnirinin əsas mərhələsinə keçmək üçün seçmə mərhələnin son raunduna qədər irəliləyib və Helsinki Çaçencer turnirində cütlüklərdə çempion olub. Azərbaycan Davis Kuboku komandasında ən çox iştirak edən tennisçi kimi Ağayev bir sıra rekordlara sahibdir. O, 25 qarşılaşmada iştirak edərək ən çox tək oyun qələbəsi (19) və ümumi qələbə (30) qazanan oyunçudur.
İstinadlar