Portuqaliyalı Beatrisa (; ) — Portuqaliya kralı I Ferdinandın qızı və yeganə varisi, Kastiliya kraliçası. 1383-1385-ci illər Portuqaliya taxt böhranında əsas siyasi fiqurlardan biri olmuşdur.

1373-cü ildə Koimbrada dünyaya gəldi. Atası kral I Ferdinand idi və o, Portuqaliya taxtının tək qanuni varisi sayılırdı. Uşaqlıq illərində siyasi evlilik planlarının mərkəzində olmuşdur. Bu səbəblə, hələ 10 yaşında ikən, 1383-cü ildə 25 yaşlı Kastiliya kralı I Xuanla evləndirildi. Ancaq elə həmin ilin oktyabrında atası vəfat etdi. Geridə oğul varisi qoymadığı üçün bütün taxt-tacını yeganə qızı Beatrisaya və onun ərinə miras qoymuşdu. Bu isə xalq tərəfindən Portuqaliyanın Kastiliyanın tərkibinə keçməsi təhlükəsi kimi qəbul edildi və xalq üsyanlarıyla nəticələndi. Meydana çıxan vətəndaş müharibəsinin sonunda Avis sülaləsindən I Juan 1385-ci ildə Korteslər birliyi tərəfindən Portuqaliya kralı seçildi.

Qalan illərini Kastiliyada yaşayan Beatrisa ömrünün sonunadək Portuqaliya kraliçası ünvanını daşısa da, onun bu ünvanı heç kim tərəfindən tanınmadı. Kastiliya kralı I Xuanla olan evliliyindən övladı olmadı və ərinin 1490-cı ildə ölümündən sonra saraydan uzaq həyat yaşadı.

Mənbə

Ədəbiyyat

İstinadlar