thumb|Ronald Reyqan həyatının son illərində Altsheymer xəstəliyindən əziyyət çəkir, yavaş-yavaş yaddaşını itirir və artıq yaxınlarını tanımırdı.В мире: Альцгеймер побывал в Белом доме / Неделя в обзоре / Независимая газета Qocalıq sklerozu ifadəsi rus dilindən götürülmüş termin olub, adətən yaddaş pozğunluqları (paramneziya) və yaşlı insanlarda şəxsiyyət dəyişikliklərini təsvir etmək üçün istifadə olunur. Lakin "qocalıq sklerozu" adlı tibbi xəstəlik mövcud deyildir. Əksər hallarda bu ifadə gec yaş demensiyası ilə əlaqələndirilir. Bu zaman beyin damarlarının aterosklerozu baş verir.http://endlesslife.ru/starenie/bolezn-alcgejmera/ Altsheymer xəstəliyi, Pik xəstəliyi, Parkinson xəstəliyi və qarışıq demensiya kimi xəstəlik növlərini əhatə edir. Dağınıq skleroz adlı nevroloji xəstəlik də mövcuddur, lakin dağınıq sklerozun simptomları qocalıq sklerozunun simptomlarından tamamilə fərqlənir. "Qocalıq sklerozu" ifadəsi beyin damarlarının aterosklerozu diaqnozundan yaranmışdır. Skleroz termini isə öz növbəsində orqanizmdə normal toxumanın daha sıx bir birləşdirici toxuma ilə əvəz olunmasını ifadə edir. Bu halda, zədələnmiş orqan beyin deyildir, beynin qan təchizatını təmin edən arteriyalardır.Дарья Суховей. Словарная поэтика Владимира Строчкова Bu ifadəyə təkcə gündəlik danışıqda deyil, həm də elmi-populyar ədəbiyyatda rast gəlinir. Rusiya Elmi və Texnologiya elektron nəşrində bu barədə aşağıdakı kimi yazılmışdır: Nevroloq alimlər öz tədqiqatları zamanı 70–89 yaş aralığında olan 197 nəfəri araşdırmışlar. Bu şəxslərdə beynin idrak qabiliyyətinin pozulması müşahidə olunmuşdur. Eyni yaş qrupuna aid olan 1124 nəfərdə isə zehni fəaliyyət pozğunluqlarına rast gəlinməmişdir. Birinci qrupun könüllüləri "qocalıq sklerozu" adlandırılan yaddaş problemlərindən şikayətlənmişlər. Bu problemlər yaş artdıqca meydana çıxmışdır. İkinci qrupun nümayəndələri isə unutqanlıqdan əziyyət çəkmədiklərini bildirmişlər.

"Qocalıq sklerozu" ifadəsi məcazi mənada və daha geniş kontekstdə istifadə edilə bilər.Masitinib in the treatment of Amyotropic Lateral Sclerosis (ALS), March, 2017 Məsələn, "Nobel" mükafatı laureatı Pyotr Kapitsa, A. F. İoffe adına Fizika-Texniki İnstitutunun 50 illik yubileyinə həsr olunmuş rəsmi tədbirdə çıxış edərkən belə demişdir: Biz bilirik ki, insan yaşlandıqca çoxalma qabiliyyətini itirir və eyni hal institut üçün də müşahidə oluna bilər. Təcrübə göstərir ki, sağlam elmi institut gəncləri yetişdirir, kadrlar formalaşdırır və bu kadrlar ayrılaraq müstəqil institutlar və laboratoriyalar yaradır, burada yeni istiqamətlər inkişaf edir. Əgər institut bunu etməyi dayandırırsa, bu, qocalıq sklerozunun təzahürüdür.

İngilis dilində "qocalıq sklerozu" ifadəsinə tam ekvivalent olan bir söz birləşməsi yoxdur. Müvafiq hallarda, hətta gündəlik danışıqda belə "Altsheymer xəstəliyi" və ya "senil demensiya" (qocalıqda ağıl zəifliyi) ifadələri istifadə olunur.

İstinadlar

Kateqoriya:Demensiya Kateqoriya:Psixopatoloji sindromlar Kateqoriya:Yaşlanma ilə əlaqəli xəstəliklər