Şükürov Şirin Ağabala oğlu () — Sovet İttifaqı Qəhrəmanı.

Həyatı

1910-cü ildə Azərbaycanın Əli Bayramlı şəhərində anadan olmuşdur. 1941-ci ildə cəbhəyə yollanmışdır. Krımda, Qafqazda, Voronejdə, Belorusiyada və Polşada vuruşmuşdur. 12 yanvar 1945-ci tarixində Vislada düşmənin müdafiə xəttini yaran döyüşçülər arasında məhz Şükürovun vzvodu birinci idi. Lakin elə bu vaxt düşmən cəbhədən gələn pulemyot atəşi sovet ordusunu bir anlıq geri çəkilməyə, yerə yatmağa vadar etdi. Elə bu vaxt Şirin Şükürov "Yoldaşlarım, irəli" sözlərilə ayağa qalxıb düşmənə sarı cumdu. Qranat və atvomatlarla düşməni məhv edərək irəliləyərkən, başından və ayağından yaralanmasına baxmayaraq 3 cərgə faşist dəstəsəni dəf eləyə bildi.

1945-ci ilin 27 fevralında SSRİ Ali Sovetinin əmrilə Şirin Şükürova Visladakı qəhərmanlığına görə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

İstinadlar

Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Şirvanda (Azərbaycan) doğulanlar Kateqoriya:Şirvanda (Azərbaycan) vəfat edənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər