Ekzotik qısa tüklü pişik () — Fars pişiyinin qısa tüklü versiyası kimi inkişaf etdirilmiş bir pişik növü. Ekzotik pişik, görünüş etibarilə Fars pişiyinə bənzəyir, lakin qısa və sıx tükləri ilə fərqlənir.

Təsvir Ekzotik qısa tüklü pişik, fars pişiyi kimi orta və ya iri ölçülü bir növdür. Ekzotikin başı yuvarlaq və böyükdür. Qulaqları kiçik və yuvarlaq uclu olub, başın aşağı hissəsində yerləşir. Yanaqları dolğun və yuvarlaqdır. Gözləri böyük və yuvarlaqdır. Quyruq bədənin uzunluğuna nisbətən qısadır. Britaniya qısa tüklü və Fars pişiyi kimi, Ekzotik qısa tüklü pişik də müxtəlif rəng variantlarında olur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Pişik cinsləri