Layihə əsaslı işçi () — qısa müddətli, layihə və ya sifariş əsaslı işlərdə çalışan əməkdaşlara verilən ümumi addır. Onlar tam ştatlı işçilərdən fərqli olaraq daimi iş müqaviləsi ilə deyil, müvəqqəti razılaşmalarla işləyirlər və çox zaman bir neçə işverən üçün eyni vaxtda xidmət göstərirlər.
Layihə əsaslı məşğulluq son illərdə sürətlə artaraq xüsusilə gənclər və yaradıcılıq sahəsində çalışanlar arasında geniş yayılmışdır. Bu, həm də iqtisadiyyatda çevikliyi artırır və ənənəvi iş modellərinə alternativ yaradır. Lakin uzunmüddətli sabitlik və sosial təminat baxımından problemlər doğura bilər.
Terminologiya "Gig economy" (layihə əsaslı iqtisadiyyat) anlayışı musiqi dünyasından gəlmiş "gig" (konsert, çıxış) sözündən götürülmüşdür. Müasir kontekstdə bu söz bir insanın müxtəlif müvəqqəti işlərdə iştirak etməsi mənasında işlədilir. Layihə əsaslı işçilər adətən texnologiya platformaları vasitəsilə iş tapırlar. Məsələn, Uber, Upwork, Fiverr, Bolt, Glovo, TaskRabbit və digər platformalar gig işçilərə qısa müddətli tapşırıqlar təklif edir. Bu işçilər öz fəaliyyətlərini əsasən sərbəst qrafiklə və müstəqil şəkildə həyata keçirirlər.
Bu növ işçilərin üstünlükləri sırasına aşağıdakılar daxildir: iş vaxtına özün nəzarət etmək imkanı eyni vaxtda bir neçə müştəri ilə işləmək coğrafi məhdudiyyətlərin olmaması (xüsusilə onlayn platformalarda)
Fərqləndirici xüsusiyyətlər Ənənəvi işçilər uzunmüddətli işçi–işəgötürən münasibətləri çərçivəsində işləyirlər və onların əməkhaqqısı saatlıq və ya illik hesabla müəyyən olunur. Bu çərçivədən kənarda isə iş adətən layihə və ya sifariş əsasında görülür. Layihə əsaslı işçilər müəyyən bir tapşırığın icrası və ya qısa müddətli fəaliyyət üçün işə cəlb olunurlar. Onlayn platformalar vasitəsilə işlərin koordinasiyası işəgötürənlər üçün giriş və əməliyyat xərclərini azaldır və işçilərə iş vaxtına daha çevik nəzarət imkanı yaradır.
Frilanserlər azadlıq və çeviklik əldə etmək üçün öz bacarıqlarını müxtəlif müştərilərə təqdim edirlər. Digər tərəfdən, tam ştatlı gig işçilər rəqəmsal xidmət platformaları və iş uyğunlaşdırma tətbiqləri vasitəsilə öz bacarıqlarını genişləndirməyə çalışırlar.
Müvəqqəti işçilərin bir başqa nümunəsi rəqəmsal köçərilər () ola bilər. Onlar iş və istirahəti birləşdirən mobillik əsaslı həyat tərzini seçir, bunun üçün isə xüsusi bacarıq və avadanlığa ehtiyac duyurlar. Qiq iqtisadiyyatı rəqəmsal köçərilərə internet bağlantısı olan istənilən yerdən işləmə imkanı yaradan çevik və məsafədən idarə olunan iş imkanları təklif edir.
Sıfır-saatlı müqavilələr Gig iqtisadiyyatında məşğulluğu sıfır-saatlı müqavilələrlə məşğulluqdan fərqləndirmək vacibdir. Bu anlayış əsasən Birləşmiş Krallıqda istifadə olunur və işəgötürənin işçiyə minimal iş saatı təmin etmək öhdəliyini daşımadığı müqavilələrə aiddir. Qiq iqtisadiyyatında isə iş kompensasiya birbaşa nəticəyə əsasən verilir, məsələn çatdırılan bağlamaların və ya edilən taksi səfərlərinin sayı ilə. Həm sıfır-saatlı müqavilələrdə, həm də gig işlərdə işçi tapşırığı qəbul etməmək hüququna malikdir, lakin birincidə ödəniş saatlıq əsasda, digərində isə nəticəyə əsasən həyata keçirilir.
Gizli əmək Gizli əmək () istifadəçi tərəfindən görünməyən, çox vaxt tapşırıq əsaslı əmək növüdür. Bu işçilər konkret şirkət üçün kiçik tapşırıqları yerinə yetirirlər, lakin bu şirkətlərlə uzunmüddətli əmək münasibətləri olmur. Onlara yalnız tapşırığın icrası və minimal təlim təmin olunur. Gizli əmək adətən maşın öyrənməsi, süni intellekt və avtomatlaşdırma sistemləri üçün zəruri olan mikro tapşırıqların icrasını əhatə edir.
Hüquqi status Bir çox ölkədə layihə əsaslı işçilər rəsmi işçi statusuna malik olmadıqları üçün onlar əmək qanunvericiliyi ilə təmin edilən hüquqlardan kənarda qalırlar. Əlavə olaraq, onların ödənişi yerinə yetirdikləri işlərə bağlıdır; bu işlər çatdırılmalar, icarələr və ya digər xidmətlər ola bilər. Bu, onların pensiya fondu, əmək məzuniyyəti və ya xəstəlik məzuniyyəti kimi hüquqlardan istifadə etməsinə mane olur. Bununla belə, bəzi ölkələr bu sahədə hüquqi tənzimləmələrə başlamaqdadır.
Həmçinin bax Sərbəst peşəkar Əmək hüququ Məşğulluğun qeyri-formal formaları
İstinadlar
Xarici keçidlər Oxford Internet Institute – Gig Economy Beynəlxalq Əmək Təşkilatı: Standart olmayan məşğulluq
Kateqoriya:Məşğulluq növləri Kateqoriya:Əmək hüququ Kateqoriya:Sosial iqtisadiyyat Kateqoriya:Qeyri-rəsmi iqtisadiyyat Kateqoriya:Paylaşım iqtisadiyyatı Kateqoriya:Müvəqqəti məşğulluq Kateqoriya:Əməyin təhlükəsizliyi