Hüseyn Səlami () — İran hərbi lideri, general-mayor. İranın İnqilab Keşikçiləri Korpusunun rəisi (2019–2025).

Həyatı Hüseyn Səlami 1960-cı ildə İranın İsfahan vilayətinin Gülpayigan şəhərində anadan olub.

1978-ci ildə İran Elm və Texnologiya Universitetində maşın mühəndisliyi üzrə təhsilə alıb. Lakin İran-İraq müharibəsi başlayandan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusuna qoşulub və müharibədən sonra təhsilini davam etdirib.

İran-İraq müharibəsi zamanı Salami İsfahanda İnqilab Keşikçiləri Korpusunun bölmələrində xidmət edib. O, 2005-ci ildə SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı olub. 2009-cu ildə isə baş komandanın müavini təyin edilib.

Tehranda Ali Milli Təhlükəsizlik Universitetində də müxtəlif vəzifələrdə çalışıb.

2019-cu il aprelin 21-də İranın dini lideri Əli Xamenei tərəfindən SEPAH-ın komandanı təyin edilib. Xidməti dövründə ABŞ, İsrail və Səudiyyə Ərəbistanına qarşı sərt mövqeyi ilə diqqət çəkib.

Salami müxtəlif vaxtlarda ABŞ və BMT tərəfindən sanksiyalara məruz qalıb. O, 2006-cı ildə BMT Təhlükəsizlik Şurası, 2007-ci ildə isə ABŞ Maliyyə Nazirliyi tərəfindən İranın nüvə və ballistik raket proqramları ilə əlaqəsinə görə sanksiya siyahısına salınıb.

İstinadlar

Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları Kateqoriya:İslam İnqilabı Keşikçiləri korpusunun zabitləri Kateqoriya:İran–İsrail münaqişəsi (2024) Kateqoriya:İsrailin hava hücumları nəticəsində ölənlər Kateqoriya:İran siyasətçiləri