Sinqapur pişiyi — Ən kiçik pişik cinsidir və böyük gözləri, iri qulaqları, "ticked" (rəngli nöqtəli) tükləri və küt quyruğu ilə tanınır.
Tarix 1975-ci ildə Sinqapurda işlədikdən sonra Tomi və Hol Midou ABŞ-yə qayıdarkən yanlarında, özlərinin dediyinə görə, yerli qəhvəyi "ticked" tüklü üç pişik gətirdilər. Bu üç pişik (eyni anadan olan bir cüt erkək və dişi pişik balası və başqa bir gənc dişi pişik) Sinqapur pişiyi cinsinin əsasını təşkil etdi. Cins öz adını ölkənin adından alır. 1981-ci ildə bir yetişdirici Sinqapuru ziyarət edərkən yerli "Heyvanlara Qarşı Zülmün Qarşısının Alınması Cəmiyyəti"ndə (SPCA) Sinqapur pişiyi cinsinə uyğun bir pişik tapdı (quyruq xaric). Bu pişik ABŞ-yə idxal edildi və yetişdirilmə proqramına daxil edildi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Pişik cinsləri