Yava pişiyi — Bəzi qeydiyyat təşkilatlarında "Colorpoint Longhair" adı ilə tanınan, safqan bir ev pişiyi növü.
Tarix "Yava pişiyi" terminini 1950-ci illərdə Helen Smit tərəfindən istifadə edilmişdir,.. lakin o zaman bu ad fərqli bir növ üçün istifadə olunurdu. Bu ad, Şərqi Asiya ölkələrinin və adalarının adlarının Şərq tipli pişik növləri üçün istifadə edilməsi ənənəsindən yaranmışdır. 1978-ci ildə Kanada və ABŞ-də "Bali" pişikləri yetişdirənləri, ənənəvi rənglərdən fərqli rəng naxışlarına malik pişikləri "CFA" tərəfindən tanınması üçün müraciət etdilər. 1979-cu ildə bu pişiklər "CFA" tərəfindən qeydiyyata alındı, lakin yarışlar üçün icazə verilmədi. "Yava" adı, Balinin yaxınlığında yerləşən Yava adasının adından götürülmüşdür. "CFA" tərəfindən 1984-cü ildə "Müvəqqəti" status verildi və 1986-cı ildə tam "Çempionat" statusu qazandı. 2008-ci ildə "CFA" tərəfindən Yava pişikləri yenidən "Bali" növünün bir qolu kimi birləşdirildi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Pişik cinsləri