Paris Yəhudi İncəsənəti və Tarixi Muzeyi () — 1998-ci ildə yaradılmış muzey.
Bu muzey ziyarətçiləri yəhudi mədəniyyətinin əsaslarının ən mühüm konsepsiyaları ilə tanış etmək məqsədi ilə açılmışdır. 1942-ci ildə muzeyin yerləşdiyi bina hotel kimi fəaliyyət göstərmişdir. Onun adı Hôtel de Saint-Aignan olmuşdur. 1942-ci ildə Parisdə həyata keçirilən yəhudi qırğınları zamanı hoteldə yaşayan yəhudilərin hamısı həbs olunub deportasiya edilmişlər. Hoteldən tutulub aparılan yəhudilərdən 13 nəfəri konslagerlərdə həlak olduqlarından muzey 13 otaqdan ibarətdir. 1962-ci ildə Hôtel de Saint-Aignan binasını Parisin meriyası satın almışdır. 1963-cü ildə isə onu tarixi və mədəni əhəmiyyət daşıyan memarlıq abidəsi siyahısına salmışlar. Jak Şirak Parisin meri olarkən bu binada yəhudi muzeyi yaratmışdır.Museum Guide, Musée d'art et d'histoire du judaïsme, 2003, pp. 15-16.
Muzeyin ekspozisiyası Muzey elə qurulmuşdur ki, onun hər bir zalı (birincidən başqa) müəyyən dövr və məkana əsaslanaraq müxtəlif mövzuları təqdim edir:Jarrasse, Dominique, Guide du patrimoine juif parisien, éditions Parigramme, 2003, pages 213-225 Giriş Orta əsr Fransasında yəhudilər İtaliya yəhudiləri intibah dövründən XVIII əsrə qədər Hanuka Amsterdam, iki diasporun qarşılaşması "Gələn il Yerusəlimdə!" Aşkenazi dünyası Səfəradların dünyası Müasir cəmiyyətə inteqrasiya - Fransa XIX əsr XIX əsrin sonu - XX əsrin əvvəllərində Avropada intellektual və siyasi hərəkatlar Yəhudilər XX əsr incəsənətdə 1939-cu ildə Parisdə yəhudi olmaq Müasir Yəhudi Dünyası Praktik məlumat Muzey Parisdə, Marais (Mare) rayonunda yerləşir.
Muzeyə ən yaxın metro stansiyaları: Rambuteau və Hôtel de Ville.
• Ünvan: 71, rue du Temple, 75003 Paris.
• Muzey şənbə günündən başqa hər gün açıqdır.
• İş saatları: 11:00-dan 18:00-dək, bazar günləri: 10:00-dan 18:00-dək. Qalereya
İstinadlar
Xarici keçidlər Muzeyin rəsmi saytı
Kateqoriya:İudaizmin tarixi