Flammer sindromu — əsasən qan təchizatının düzgün tənzimlənməməsi nəticəsində yaranan klinik xüsusiyyətlərdən ibarət olan bir sindromdur. Əvvəlcə "vaskulyar disreqlasiya" olaraq adlandırılsa da, indi Flammer sindromu olaraq bilinməkdədir.

Əlamətlər Flammer sindromunun əksər simptomları qan təchizatının tənzimlənməsi ilə əlaqədardır. Bu simptomlar xəstəyə necə təsir edəcəyi, qan təchizatının hansı orqanlara və ya bədən hissələrinə təsir etməsindən asılıdır. Flammer sindromunun tipik simptomları arasında soyuq əllər və ya ayaqlar, aşağı qan təzyiqi, üz və ya boyunda ara-sıra ağ və qırmızı ləkələr və migrenə bənzər ağrı var. Bundan əlavə, qan təchizatının pozulması ilə birbaşa əlaqəsi olmayan simptomlar da mövcuddur, məsələn, yuxulamaq üçün lazım olan zamanın uzanması, susuzluq hissinin az olması, soyuq, qoxular, vibrasiyalar, psixoloji stress və ya müəyyən dərmanlara (məsələn, kalsium antagonisləri, beta-blokerlər) qarşı yüksək həssaslıq. Ağrı və əzələ spazmları da görülməkdədir.

İstinadlar

Kateqoriya:Damar xəstəlikləri Kateqoriya:Göz xəstəlikləri Kateqoriya:Sindromlar