Truba yeri kitabəsi — arxeoloq Binyamin Mazar tərəfindən Yerusəlimdəki Məbəd dağında ilkin arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış b.e. I əsrinə aid edilən kitabə. Kitabə üzərində dövrümüzə çatmış iki yeganə tam söz kvadrat ivrit əlifbası ilə daşın geniş düz səthində yazılmışdır.
Kitabədəki birinci söz "yer/yeri", ikinci söz isə "truba", "truba çalmaq", "üfürmək" kimi tərcümə olunur və "truba yeri"/"truba çalmaq yeri" "üfürmə yeri" ifadəsini meydana gətirir. Kitabədəki növbəti sözlər itirilmiş və ya dövrümüzə yarımçıq şəkildə çatmışdır. Yarımçıq olan üçüncü söz (...לה) "elan etmək"/"bəyan etmək"/"fərqləndirmək" kimi təfsir olunur: (Şabbat) elan etmək və ya (dünyəvi və müqəddəsi) fərqləndirmək ifadələrində mötərizə içərisindəki ifadələr kitabədə dövrümüzə çatmayıb, yalnız elmi təsəvvürdür.
Kitabə, İkinci məbəd dövründə kahinlərin şabbatın başlaması və bitməsini xəbər vermək üçün truba çaldığı yeri göstərən işarədir. Hesab edilir ki, kitabə arxeoloqlar tərəfindən aşkar edildiyi yerə, Yerusəlim məbədinin (İkinci məbəd) cənub-qərb küncündən düşmüşdür. B.e. I əsrində yaşamış tarixçi İosif Flavi özünün "Yəhudi müharibəsi" əsərində Yerusəlim məbədini təsvir edərkən ( IV, ix, 12) yazır ki, "həmin yerə adətə görə kahinlərdən biri qalxaraq səhər yeddinci günün yaxınlaşması, növbəti gün axşam isə bitməsini truba səsi ilə xəbər verərdi."
Ehtimal ki, kitabə b.e. 70-ci ilində Yerusəlim məbədinin dağıdılması zamanı aşkarlandığı yerə atılmış və 1900 ilə qədər bir dövrdə, Mazar tərəfindən aşkarlanana kimi atıldığı yerdə qalmışdır.
Kitabə mətni 200px|thumb|left|Kahinin və kitabənin dayandığı yeri göstərən rekonstruksiya Mətn... Transliterasiya lbyt htqy'h lh...Romanizasiya l-beyt ha-taqi'ah l-h... Mümkün tamamlanma və ya Tərcümə Truba yeri ela...[n?] və ya Truba yeri fərqlən...[dirmək?]
İstinadlar
Ədəbiyyat
Kateqoriya:I əsr kitabələri Kateqoriya:1968-ci ilin arxeoloji kəşfləri Kateqoriya:İvrit dilində kitabələr Kateqoriya:İsrail arxeologiyası Kateqoriya:Qədim Yaxşın Şərq stelaları Kateqoriya:Məbəd dağı Kateqoriya:İsrail və yəhudi arxeoloji artefaktları Kateqoriya:İsraildə arxeoloji kəşflər