Plot tazısı — İlk növbədə ayı ovu üçün yetişdirilmiş it cinsi. 1989-cu ildə "Şimali Karolina Ümumi Assambleyası" Plot tazısını rəsmi Ştat İti elan etdi. Plot tazısı, ilk dəfə 1946-cı ildə "United Kennel Club" (UKC) tərəfindən qeydiyyata alındı. 2006-cı ildə "American Kennel Club" (AKC) tərəfindən tanındı və 2008-ci ildə "Westminster Show"-da nümayiş etdirildi.

Tarix "United Kennel Club" (UKC) tərəfindən qeydiyyata alınan yeddi rakun ovu iti cinsindən təkcə Plot tazısı, "foxhound"dan (tülkü tazısı) törəməyən yeganə cinsdir. Şimali Karolinadakı "Plott Balsams" dağ silsiləsi, "Plott" ailəsinin adını daşıyır. Bu ailənin əcdadı, Corc Plott (təq. 1733–1815), 18-ci əsrin sonlarında Almaniyadan Şimali Karolinaya köç etdi. Plot tazısı ov iti cinsi də Plot ailəsinin adını daşıyır.Marcus Simpson, Harold Pratt, Birds of the Blue Ridge Mountains (University of North Carolina, 1992), p. 182.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Tazılar Kateqoriya:ABŞ-nin it cinsləri Kateqoriya:Şimali Karolina mədəniyyəti