Nenents çoban laykası — Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinə aid spitz tipli yerli it növü. Digər laykalardan fərqli olaraq, ov üçün daha az istifadə olunur.

Xüsusiyyətlər Kiçik və orta ölçülü itlərdir. Qalın ikiqat kürkləri ya tək, ya da iki rəngli ola bilər. Boz, qəhvəyi, qırmızı, qara və ya ağ rənglərdə olurlar. Onların iki müxtəlif tük uzunluğu var: uzun tüklü olan növ "erre", qısa tüklü olan növ isə "yando" adlanır. Yay aylarında belə tüklər yaxşı inkişaf etmiş olur. Tük uzunluğundan asılı olmayaraq, üst tüklər düz, sərt və uzun, alt tüklər isə sıx və yumşaq olur. Əzələli itlərdir. Orta ölçülü pazşəkilli başları, kiçik və dik qulaqları, əhval-ruhiyyəsindən asılı olaraq ya arxaya qıvrılan, ya da aşağı salınan quyruğu var. Erkəklərin boyu 44–50 sm, dişilərin boyu isə 40–45 sm arasında dəyişir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İt cinsləri