Barbet — Fransaya məxsus orta ölçülü it. Nadir cinslərdən biridir. Cinsin adı fransızca "barbe" sözündən gəlir ki, bu da "saqqal" deməkdir.

Xüsusiyyətləri Barbet uzun, yunlu və buruq tüklü bədənə sahibdir. Tükləri davamlı olaraq böyüyür. Bu səbəbdən müntəzəm olaraq kəsilməli və təmizlənməlidir. Əks halda tükləri bir-birinə dolaşır. Çox vaxt barbet, qara və ya qəhvəyi olur. Bəzən ağ ləkələrə rast gəlmək olur. Nadir hallarda sarışın, boz, tünd qəhvəyi rəngdə olan fərdləri olur. Erkək barbet adətən 53-64 sm hündürlükdə və 18-27 kq ağırlığında olur. Dişiləri isə adətən 51-58 sm hündürlükdə və 14-23 kq ağırlığında olur. Barbet dost canlısı, itaətkar və ağıllı cinsdir. Üzməyi və suda oynamağı çox sevir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İt cinsləri