Boykot, təcrid və sanksiyalar hərəkatı (, qısaca BDS və ya BDS hərəkatı) — İsrailə qarşı iqtisadi və siyasi təzyiqi artırmağa çalışan qlobal kampaniya. 7 oktyabrda başlayan HƏMAS–İsrail müharibəsindən sonra böyük diqqət cəlb edən bu hərəkatın əsas məqsədlərinə İsrail tərəfindən ələ keçirilmiş Fələstin və Colan təpələri ərazilərinin işğalına son qoymaq, İsraildə ərəb vətəndaşları üçün tam bərabərliyi təmin etmək və fələstinli qaçqınların geri qayıtmaq hüququnun qəbul edilməsidir. Bu hərəkat Birləşmiş Millətlər Təşkilatının qətnamələrini sübut kimi göstərərək və Cənubi Afrikada aparteid əleyhinə qrupların başlatdığı kampaniyaya oxşar bir formada "İsrail Beynəlxalq hüquqa əməl etmədiyi müddət ərzində boykot edilməlidir" çağırışını dünyaya təqdim etmişdir.

Tarixi inkişafı

Beynəlxalq BDS Hərəkatı (https://bdsmovement.net/) 2005-ci ildə başlamış və hərəkatın Türkiyədə də eşidilməsi nəticəsində 2009-cu ildə BDS Türkiyə (http://bdsturkiye.org/) adı altında xidmət göstərməyə başlamışdır. Müasir dövrdə bu hərəkata aktiv və qismən qoşulmuş olan Z nəsli və Y nəsli 40% olarkən, X nəsli Beybi bumers nəslində bu nisbət 20% ətrafındadır.

İstinadlar

Ədəbiyyat siyahısı

Kitablar

Jurnal məqalələri

Digərləri

Xarici keçidlər

BDS movement, official website.

Kateqoriya:Boykot, təcrid və sanksiyalar Kateqoriya:2005-ci ildə tanıdılanlar Kateqoriya:İsrail tarixi Kateqoriya:İsrail boykotu Kateqoriya:Ərəb–İsrail münaqişəsi Kateqoriya:İnsan hüquqları Kateqoriya:Fələstin Dövləti Kateqoriya:2005-ci ildə yaradılmış təşkilatlar