Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) — Avropa, Şimali Amerika və Asiyada yerləşən üzv dövlətləri birləşdirən regional təhlükəsizlikyönümlü hökumətlərarası təşkilat. Təşkilatın mandatına silahlara nəzarət, insan hüquqlarının təşviqi, mətbuat azadlığı, azad və ədalətli seçkilərin təmin edilməsi kimi məsələlər daxildir.
Təşkilatda təxminən 3 460 əməkdaş fəaliyyət göstərir. Onların əksəriyyəti sahə missiyalarında, digər hissəsi isə Vyana şəhərində yerləşən katiblikdə və təşkilatın müxtəlif institutlarında çalışır. ATƏT Birləşmiş Millətlər Təşkilatı yanında müşahidəçi statusuna malikdir.
ATƏT-in əsası 1975-ci ildə qoyulmuşdur. Onun sələfləri Soyuq müharibə dövründə Qərb Bloku ilə Şərq Bloku arasında müzakirə platforması yaratmaq məqsədilə bir araya gəlmişdilər. Təşkilatın 57 iştirakçı dövlətinin əksəriyyəti Avropada yerləşsə də, bəzi üzvləri Asiyada və ya Şimali Amerikada yerləşir. İştirakçı dövlətlər birlikdə Şimal yarımkürəsinin quru ərazisinin təxminən 55,4 faizini əhatə edir.
ATƏT erkən xəbərdarlıq, münaqişələrin qarşısının alınması, böhranların idarə olunması və münaqişədən sonrakı bərpa məsələləri ilə məşğul olur.
Tarixi 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I–IX cildlərinin köməkçi aparatı).- Bakı, 2008.- 339 səh.
ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.
ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.
Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır.
İştirakçı olan dövlətlər
ATƏT-in iştirakçıları Dövlət Dövlət
Əməkdaşlıq üzrə tərəfdaşlar Aralıq dənizi İl Asiya İl Okeaniya Əlcəzair Əfqanıstan 2003</tr> Misir 1995 2009 </tr> İsrail 2002 Cənubi Koreya 2001</tr> İordaniya 00000 Tailand 2000</tr> Mərakeş 1988 Yaponiya 1992</tr> Tunis 777 Avstraliya </tr>
Həmçinin bax ATƏT-in Parlament Assambleyası ATƏT-in Minsk qrupu
İstinadlar
Xarici keçidlər
http://www.osce.org/ru/ Rəsmi saytı OSCE The U.S. Mission to the OSCE OSCE The OSCE Mission to Bosnia and Herzegovina OSCE POLIS Policing OnLine Information System
United States Institute of Peace online training course for OSCE required for U.S. citizens hired by the Organization. Provides a detailed outline of the OSCE, with additional modules on each major area that it is involved in. Website freely available, but tests only given to those who have submitted applications. Official OSCE account on :ru:Twitter Summer Academy on OSCE Postage stamps of Moldova celebrating her admission to the OSCE Kateqoriya:Regional təşkilatlar Kateqoriya:ATƏT Kateqoriya:Təşkilatlar Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Vətəndaş hüquq və azadlıqları Kateqoriya:1973-cü ildə Avropada yarananlar