Süzanna Düşan-Krotti (; ) — Fransa rəssamı və dadaizmin görkəmli nümayəndəsi. O, Dadaizm hərəkatının az tanınan, lakin əhəmiyyətli üzvlərindən biri olmuş, müasir sənətin inkişafında özünəməxsus rolu ilə seçilib. Süzanna məşhur dadaist rəssam Marsel Düşanın bacısı olsa da, onun yaradıcılığı yalnız qardaşının təsiri ilə məhdudlaşmayıb. O, özünəməxsus tərzi ilə dadaizm və kubizm cərəyanlarında iz qoyub. Həyatı Süzanna Düşan 20 oktyabr 1889-cu ildə Fransanın şimalındakı Yuxarı Normandiya regionunun Blenvil-Krevon kommunasında anadan olub və mədəni fəaliyyəti olan ailədə böyüyüb. Ana babası Emil Frederik Nikol rəssam və nəqqaş idi. Ailənin digər üzvləri isə şahmat oynayır, kitab oxuyur, rəsm çəkir və musiqi bəstələyirdilər.

Yucin və Lüsi Düşanların 7 övladı olub; onlardan biri körpə ikən ölüb, dördü isə uğurlu sənətçi olub. Süzanna Düşan aşağıdakıların bacısıdır: Jak Viyon (1875-1963) - rəssam, tipoqraf Raymon Düşan-Viyon (1876-1918) - heykəltaraş Marsel Düşan (1887-1966) - rəssam

Böyük qardaşları Jak Ruan şəhərində məktəbdə oxuduğuna görə, Süzanna qardaşı Marsel ilə daha yaxın olub. 10 yaşı olanda o, qardaşlarının yolunu davam etdirib. Süzan gələcəyin böyük rəssamı olan Marsel Düşanın ilk naturaçısı olur. Qardaşı onu müxtəlif pozalarda təsvir edərək gözəl əsərlər yaradır.

Süzanna Düşan gənc yaşlarında Rouen Tətbiqi Sənətlər Məktəbində (École des Beaux-Arts de Rouen) təhsil alıb və burada ənənəvi akademik üsullarla işləməyi öyrənib. Lakin Birinci Dünya müharibəsi illərində o, tibb bacısı kimi fəaliyyət göstərib və bu təcrübə onun sənətinə də təsir edib.

Yaradıcılığı Süzanna yaradıcılığının ilk illərində kubizmə maraq göstərib, lakin 1910-cu illərin sonlarına doğru dadaizm hərəkatına qoşulub. Parisdə Dada qrupunun üzvü olan Jan Krotti ilə nigaha daxil olub. Bu dövrdə onun sənəti daha eksperimental xarakter alıb.

Onun əsərləri dadaizmin əsas prinsiplərini əks etdirirdi: İroniya və absurd elementlər Gündəlik obyektlərin və mətnlərin sənətə inteqrasiyası Kubist və futurist təsirlər Söz və vizual elementlərin birlikdə istifadəsi

Süzanna Düşan xüsusilə müasir maşın və texnologiyanın insan həyatı üzərindəki təsirini araşdıran rəsmlər və kollajlar hazırlayıb.

Əsas əsərləri "Multiplication brisée et rétablie" (1920) – bu dadaist əsərdə futurist təsirlər və mətnlə vizualın sintezi diqqət çəkir. "Marsel Düşan, Peintre" (1919) – qardaşı Marsel Düşana ithaf edilmiş dadaist portret. "Solitude" (1921) – müharibədən sonra yaranan sosial tənhalıq hisslərini dadaist tərzdə təsvir edən əsər. "Étant donnés" (erkən eskizlər) – sonralar Marsel Düşanın məşhur əsəri üçün ilkin təsvirlər yaratdığı düşünülür.

Mirası 1920-ci illərdən sonra Dada hərəkatı zəiflədikcə, Süzanna Düşan da daha az aktiv sənət fəaliyyəti ilə məşğul olmağa başlayıb. 1930-cu illərdə dadaizmin yerini sürrealizm aldı, lakin o, bu yeni hərəkatda aktiv rol almadı. Daha çox yazı və incəsənət təhlili ilə məşğul oldu.Hemus, Ruth. "Dada's female form : the interventions of five women artists, writers and performers in the European Dada movement". University of Edinburgh, 2006. p192 https://ethos.bl.uk/OrderDetails.do?uin=uk.bl.ethos.652320

Süzanna Düşan 1963-cü ildə vəfat edib, lakin onun adı həmişə qardaşı Marsel Düşanın kölgəsində qalıb. Buna baxmayaraq, sənət tarixçiləri son illərdə onun dadaizmdəki roluna və müasir sənətə təsirinə daha çox diqqət yetirməyə başlayıblar.

İstinadlar

Ədəbiyyat Tabu Dada : Jean Crotti & Suzanne Duchamp : 1915—1922. Kunsthalle Bern, 22. Januar — 27. Februar 1983; Centre Georges Pompidou, Musée national d’art moderne, Paris, 6 avril — 30 mai 1983; Houston Museum of Fine Arts, July 29 — October 16 1983. William A. Camfield: Suzanne Duchamp and Dada in Paris. In: Naomi Sawelson-Gorse (Hrsg.): Women in DADA. Essays on sex, gender, and identity. The MIT Press, Cambridge, Mass. 1998, ISBN 0-262-19409-0, S. 82-103, 633—634 Lückenhafte Vorschau auf Google Books Britta Jürgs (изд.): Etwas Wasser in der Seife: Portraits dadaistischer Künstlerinnen und Schriftstellerinnen. Aviva Verlag, Grambin u. a. 1999, ISBN 3-932338-06-5. Ruth Hemus: Dada’s women. Yale University Press, New Haven, London 2009, ISBN 978-0-300-14148-1.

Тomkins, Calvin, Ducham. Henry Holt and Company, Inc., 1996. ISBN 0-8050-5789-7

Xarici keçidlər Tiny biography Chef d'oeuvre accordéon, Yale University Art Gallery, New Haven, Connecticut Sailboats, Yale University Art Gallery, New Haven, Connecticut Head of a Man, Yale University Art Gallery, New Haven, Connecticut Portrait of Suzanne Duchamp by Man Ray, Yale University Art Gallery, New Haven, Connecticut Suzanne Duchamp WikiArt page Suzanne Duchamp in der National Gallery of Arts биография и её фото работы Ман Рея, 1924.