Musiqi Evi (Das Haus der Musik) — Vyanada səs muzeyi. 15 iyun 2000-ci ildə açılıb və 2005-ci ildən "Wien Holding"in tərkibində şəhərə məxsusdur. Muzey binası tarixi şəhər mərkəzində, Seilerstättdakı Karl Sarayında yerləşir. Ümumi sahəsi 5000 m² olan dördmərtəbəli muzey interaktiv və multimedia təqdimatları vasitəsilə Vyana klassik dövrünün bəstəkarları, Vyana Filarmoniyasının musiqi dünyası, eləcə də səslərin yaradılması, işlənməsi və yayılması ilə ziyarətçiləri tanış edir. Bununla da ənənə ilə innovasiya arasında və ya analoqla rəqəmsal dünya arasında körpü yaradır.https://www.hausdermusik.com/museum/mission/ Idee, Intention, Mission.2022-04-02 Dörd Avstriya universiteti, iki xarici institut, musiqiçi və musiqişünaslardan ibarət komanda, multimedia və digər sahələrdən olan rəssamlar, səs mühəndisləri, memarlar və tələbələr bu muzeyin yaradılmasında iştirak etmişlər.Das Haus der Musik Wien. In: Tageszeitung Salzburger Nachrichten, 13. August 2011 İnnovativ konsepsiyasına görə Musiqi Evi 2012-ci ildə Avstriya Muzey Mükafatına layiq görülmüşdür.http://travel-child.ru/dom-muzyki-v-vene-haus-der-musik-muzykalnyj-muzej/ |Дом Музыки в Вене (Haus der Musik) — уникальный музыкальный музей. 2012-12-02 2003-cü ildən muzeyin idarəedici direktoru Simon K. Posch, fəxri prezident isə dirijor Zubin Mehtadır.

Tədbirlər Musiqi Evində mütəmadi olaraq müxtəlif tədbirlər və görüşlər keçirilir, məsələn:

Marko Simsa və Bernhard Fibich ilə birlikdə uşaq konsertləri, Gernot Kranner və bir çox başqa sənətçilərlə birlikdə uşaqlar üçün musiqili tamaşalar;

Dünyanın hər yerindən gəlmiş uşaq və gənclər ansamblları üçün "Summa cum Laude" gənclər musiqi festivalı;

Əsasən Hindistan və alternativ səhnədən (qeyri-ənənəvi həyat tərzinə malik submədəniyyət icması) olan qonaqlarla birlikdə hər il keçirilən "Sinnesrauschen" yaz festivalı;

Vyana Mahnı Müəllifləri Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində Hindistan və alternativ səhnə sənətçiləri ilə birlikdə keçirilən "Canlı Səhnədə" konsert seriyası;

Tədbirlər və konsertlər üst mərtəbədəki konfrans zalında və şüşəli damın altındakı həyətdə keçirilir. Şirkətlər və fiziki şəxslər seminar və ya konsert keçirmək üçün bu məkanları icarəyə götürə bilərlər.

Musiqi Evinin tarixi thumb|Muzey binasının üzərinə vurulmuş lövhədə qeyd olunub ki, bu bina 1809-cu ildə Asperndə gedən döyüşlərdə Napoleona qalib gəlmiş ershersoq Karlın sarayı olub Musiqi Evi ershersoq Karlın tarixi sarayında yerləşir. XVI əsrdə burada imperiyanın çuqun əritmə zavodu yerləşmişdir. Burada silah-sursat düzəltməklə yanaşı, atıcı toplar istehsalı ilə məşğul olunmuşdur. 1603-cü ildə imperator II Rudolf zavod ərazisini hərbi katibi Henri Rixarda təhvil vermişdir. 1707-ci ildə İmperator I İosif tərəfindən təşkil olunmuş Versatz-und Fragamt (İşarələmə və Bölüşdürmə Bürosu) burada yerləşmişdir (hazırkı "Dorofey" hərrac evinin sələfi). Sonrakı illər auksion Dorotheergasseyə köçürülmüşdür. O, hazırda dünyanın ən məşhur hərrac evlərindən biri hesab olunur.

Bina 1720–1730-cu illərdə İohan Lukas fon Hildebrandtın tanıdığı memar tərəfindən yenidən qurulmuşdur. Ən məşhur Habsburqlardan biri, Avstriya-Teşen vilayətinin generalı, ershersoq Karl (o zaman sadəcə Karl kimi tanınmışdır, 1771–1847) bu binanı XIX əsrin əvvəllərində satın almış, saraya çevirmiş və 1805-ci ildə oraya köçmüşdür. 1809-cu ildə o, Aspern döyüşündə Napoleon əsgərlərinə qalib gəlmişdir. 1816-cı ildə Karlın həyat yoldaşı Henrietta Aleksandrina Nassau-Vaylburq sarayda ilk dəfə Milad ağacı bəzəmişdir. Bununla o, Habsburg-Lotaringiya sülaləsi üzvləri arasında milad ağacı bəzəmək ənənəsini qoymuşdur. Hərçənd, tarixən Vyanada ilk sənədləşdirilmiş milad ağacını 1814-cü ildə Fanni fon Arnşteyn qurmuşdur.

1817-ci ildə Karlın oğlu Albrext bu sarayda doğulmuşdur. O da atası kimi hərbi karyera seçmişdir.

1841-ci ildə alman bəstəkarı Otto Nikolay saraya köçüb buradakı mənzillərin birində yaşamışdır. 1841-ci ildə Pasxa bayramında o, "Kärntnertor" teatrında "Tampliyer" əsərinə dirijorluq etmişdir və qısa müddətdən sonra teatrın ilk Kapelmeysteri təyin edilmişdir. Bundan sonra Otto Nikolay silsilə orkestr konsertləri hazırlamışdır və bu Vyana Filarmoniya Konsertlərinin yaranmasına səbəb olmuşdur. İlk konsert 28 mart 1842-ci ildə Hofburqun Redouten zalında baş tutmuşdur və beləliklə, Nikolay Otto Vyana Filarmoniyasını yaratmış olmuşdur. Məhz buna görə də Musiqi Evinin birinci mərtəbəsində Vyana Filarmoniya Muzeyi yerləşir. Binanın bu hissəsi bir vaxtlar rəqs zalı olduğu üçün hazırda tarixi-mədəni obyekt kimi siyahıya alınmışdır. Buranın divar panelləri və kiçik divar kamini XIX əsrin ikinci rübünə aiddir. Otto Nikolayın xatirə otağında, burada həmçinin Vyana Filarmoniyasına həsr edilmiş sərgi nümayiş etdirilir, intibah dövrünə aid olan diqqətəlayiq kamin var.

Vyana Filarmoniyasının bütün tarixi arxivi hazırda birinci mərtəbədə yerləşir. Bura Musiqi Evi səs muzeyinin bir hissəsi hesab olunmadığından, ora yalnız Vyana Filarmoniyasının Tarixi Arxivinə sorğu göndərməklə daxil olmaq mümkündür.

1838-ci ildən 1856-cı ildə kimi bu muzeyin yerləşdiyi bina XIX əsrin ən nüfuzlu bankirlərindən və sahibkarlarından biri olan Georg Simon Freiherr von Sinaya məxsus olmuşdur. Binanın Zaylerştatte küçəsinə baxan barokko üslubunda tikilmiş fasadı, həmçinin 1872-ci ildə əlavə edilmiş şəbəkəli eyvanları olan bu saray 1958/60-cı illərdə Josef Kravin tərəfindən beynəlxalq mədəniyyət mərkəzinə və tələbə yataqxanasına çevrilmişdir. Binada kiçik teatr da fəaliyyət göstərmişdir. Musiqi Akademiyası, daha sonralar Musiqi və İfa Sənəti Universitetinin bəstəkarlıq və dirijorluq kafedrası, həmçinin fonoteka uzun müddət bu binada yerləşmişdir. Binanın son rekonstruksiya işləri 2000-ci ildə tamamlandıqdan sonra 2003-cü ildə "Andre Heller"in meneceri olan Stefan Seigner burada "Maison de la Musique" (Musiqi Evi) açmışdır. 2005-ci ildə şəhərə məxsus olan holdinq şirkətlərindən biri, "Seigner Haus der Musik Betriebsgesellschaft mbH" bu binanı almışdır.

Muzeyin strukturu

Həyət Muzeyin həyətinə Annagasse, Krugergasse küçələrindən daxil olunur, əsas giriş isə Seilerstätte, 30 ünvanındadır. İl ərzində həyətdə şüşə dam altında müxtəlif tədbirlər keçirilir. Bura, həmçinin muzeyə bilet almazdan əvvəl gələn qrupların və fərdi ziyarətçilərin görüş yeri kimi nəzərdə tutulmuşdur. Muzeyin foyesində royal qoyulub və pianoda bir az ifa etməyi bacaran ziyarətçilər burada ifa etməyə dəvət olunurlar. İkinci mərtəbəyə gedən yolda üç mavi səs paneli, səs qurğusu asılıb. Burada hər bir mədəniyyətin orijinal impulsu kimi ilk (təbii) səslərə istinad etmək nəzərdə tutulur və eyni zamanda, plitələrin səs cisimləri kimi çıxış etdiyi innovativ texniki quruluş təmsil edilir. Bundan əlavə, bəstəkar Rixard Vaqnerdən ilhamlanaraq rəssam Yohannes Deyçin çəkdiyi əsərlər ziyarətçiləri pilləkənlər vasitəsilə birinci mərtəbədə yerləşən tarixi böyük otaqlara aparır. thumb|"Stairplay" (Səs Pilləkəni) Diqqət çəkən məqamlardan biri piano pilləkəndir – "Səs Pilləkəni". Mütəxəssislər tarixi sarayın möhtəşəm pilləkənlərini interaktiv fortepianoya çevirmişlər, belə ki, ziyarətçilər hər dəfə pilləkənlərə ayaq basdıqda onlar fortepiano dilləri kimi notların səsini çıxarırlar. Stairplay proqramı vasitəsilə yaşından asılı olmayaraq uşaqdan tutmuş yaşlıya kimi heç bir musiqi məlumatı olmadan notların əsasını öyrənmək, anlamaq, tətbiq etmək və ya əvvəllər əldə etdikləri musiqi biliklərini yeniləmək imkanı əldə edirlər. "Stairplay" (səs pilləkəni) "Haus der Musik" və "Lang Lang Beynəlxalq Musiqi Fondu"nun birgə layihəsidir.

2014-cü ilin noyabr ayından Musiqi Evi rəsmi tərəfdaş və səfir kimi fəaliyyət göstərir. Onun əsas məqsədi təkcə musiqini ötürmək və təbliğ etmək deyil, həmçinin musiqini işinin əsas mərkəzinə çevirməkdir.

Birinci mərtəbə — Vyana Filarmoniya Muzeyi Vaxtılə binanın birinci mərtəbəsi rəqs zalı olduğundan, hazırda Vyana Filarmoniya Muzeyi burada yerləşir. Bəstəkar və dirijor Otto Nikolay məşhur orkestrini yaratdığı zaman, 1841–1847-ci illərdə burada yaşamışdır. Muzeydə orkestrin keçmiş tarixi və bu günü haqda konsert turları, fəxri fərmanlar, məşhur dirijorların çubuqları və digər xatirə əşyaları vasitəsilə ziyarətçilərə məlumat verilir. Burada, həmçinin Vyana Filarmoniya Rəqs Ziyafətləri ənənəsi haqda məlumat əldə etmək mümkündür. thumb|bəstəkar Nikolay Ottonun Xatirə otağı Nikolay Ottonun xatirə otağında 28 mart 1842-ci il tarixli konsertin təsis fərmanı və ilk konsert afişası nümayiş etdirilir. Əvvəllər "Filarmoniya Konsertləri" adlansa da, 1860-cı ildə onları "Filarmoniya Abunə Konsertləri" kimi tanımışlar və yalnız 1908-ci ildə "Vyana Filarmoniyasının rəsmi Assosiasiyası" yaradılmışdır.

Kino zalında hər saat 45 dəqiqə ərzində Vyana Filarmoniyasının cari Yeni il konsertindən və keçən ilki Yay Gecəsi Konsertindən 15 dəqiqəlik hissəyə baxmaq mümkündür. İlk Yeni il konserti 1939-cu il dekabrın 31-də Klemens Krausun rəhbərliyi altında baş tutmuşdur və hazırda 90-dan çox ölkədə televiziya vasitəsilə yayımlanır.

"Vals" interaktiv zər oyunu sayəsində hər bir ziyarətçi öz şəxsi valsının bəstəkarına çevrilə bilir. Bunu etmək üçün dörd oyun masasından birində dayanmalı və əlinizi sensorun üzərində hərəkət etdirməlisiniz. Sonra virtual zərlərı götürüb oynamaq üçün masaya dörd zər atmalısınız. Kubdakı hər nömrə iki zolağa uyğun gəlir. Hər bir pulta üç alət verilir, onlar səslənən kimi avtomatik olaraq dəyişdirilir. Kompüter tərəfindən yaradılan sistem təsadüfi işləyir və mindən çox variantı özündə birləşdirən kompozisiyalar yaratmağa imkan verir. 4-cü mərtəbədəki muzey mağazasında oyunun sonunda ekranda görünən nömrəni xatırlayaraq şəxsi valsınızın çapını əldə edə bilərsiniz. Musiqi Evi bu tarixi ideyanı – "zər ataraq musiqi bəstələmək" — Volfqanq Amadey Motsartdan və Yozef Haydndan götürmüşdür.

İkinci mərtəbə — Sonotopia İkinci mərtəbədə ziyarətçilər müxtəlif terminallarda səslər və musiqi ilə təcrübə apara bilərlər. Fərqli dizaynlı məkanlarda fərdi eşitmə qavrayışını yaratmaq və qavrayış həddinə yaxınlaşmaq üçün qeyri-adi təcrübələrdən və səs təcrübələrindən istifadə edilir.

Mənşə otağı

Hər gün insanları müxtəlif səslər və küylər əhatə edir. Bu otaqda döşəmədə on dairəvi işarə var. Ziyarətçidən dairələrdən birinin üstündə dayanmaq və eşidiləcək səsi təxmin etmək tələb olunur.

Dalğa borusu və ya Kundtun icad etdiyi toz borusu (allonj) Toz borusu — havadan toz nümunələrini toplayan aspirasiya qurğusudur. Bu təcrübədə sensor ekranlardan və skorbordlardan istifadə edərək, səsin nə olduğunu, nə qədər sürətli olduğunu və necə yayıldığını müzakirə etmək mümkündür. Dalğa borusu daimi dalğa kimi tanınan şeyi yaradaraq səsi vizuallaşdırır. Ziyarətçi iki açarı çevirməklə səsi və ya üç tezlikdən birini tənzimləməlidir.

Fenomenlər: Qavrama Laboratoriyası Altı interaktiv toxunma terminalı sizə qulaqcıqlardan istifadə edərək özünüzün təcrübə aparmaq imkanını yaradır. Bu şəkildə siz səs hadisələrini araşdıra bilərsiniz. Məsələn, siz Şepard miqyasını, körpənin ana bətnində nə qədər eşitdiyini və ya şəxsi eşitmə məhdudiyyətiniz haqqında məlumat öyrənə bilərsiniz. Ayrı bir terminal, həmçinin heyvanların eşitmə qabiliyyəti haqqında məlumat verir, məsələn, onların tezlik diapazonunu sizə təqdim edir.

Qulaq və səs səviyyəsi və ya səs təzyiqi Böyük sensor ekran insan qulağının içinə baxmağa imkan verir. Ziyarətçilər qulağın ayrı-ayrı hissələrini və səs yollarını — xarici qulaq, orta qulaq, daxili qulaq və beyini görə bilərlər. Burada səs təzyiqi və səs intensivliyi haqqında məlumat lövhəsi də var.

Alətlər thumb|Musiqi alətləri otağı Instrumentariumda nümunə kimi dörd nəhəng alətdən istifadə edərək səs istehsalının prinsipləri göstərilir. "Hava zəngləri" adlı alətlər, yəni aerofonlar; Öz-özünə səslənən alətlər, yəni idiofonlar; Simli səs emitentləri ilə əlaqəli alətlər, yəni xordofonlar və "Dəri səs emitentləri" alətləri, yəni membranofonlar. Dörd sensor ekrandan istifadə edərək siz alət səslərini çala və eyni zamanda, onların hansı kateqoriyaya aid olduğunu görə bilərsiniz.

Zooparkda konsert