Şimal Ronaldsay qoyunu və yə Orkney () — Şotlandiyanın şimal sahilindən uzaqda yerləşən Orkney adalarının ən şimal nöqtəsi olan Şimal Ronaldsay adasında olan qoyun növü.

Təsviri Şimal Ronaldsay qoyunları çox kiçik olub, sərt və soyuq mühitə uyğunlaşıblar. Qoçlar adətən təxminən 30 kq, dişilər isə nadir hallarda 25 kq çəkidən artıq olur və hər iki cinsin boyu təxminən 41 sm hündürlüyə malikdir. Bu qoyunlar yavaş böyüyür və tam ölçülü bir quzu cəmi 13,6 kiloqram çəkiyə malik ola bilər.

Qorunması 250px|thumb|right|Şimal Ronaldsay qoyunu dəniz sahilində otlayan zaman Şimal Ronaldsay Qoyun Cəmiyyəti bu növün qorunub saxlanması ilə məşğul olan bir neçə təşkilatdan biridir. Onlar 1974-cü ildə qurulmuş və bütün safqanlı heyvanları əhatə edən növ qeydiyyatı olan sürü kitabını qoruyub saxlayır. Bu kitabda bildirilir ki, 600-dən az çoxalmağa qadir dişi və təxminən 3700 qoyun mövcuddur. Nadir Növlərin Qorunması Fondu Şimal Ronaldsay qoyunlarını "zəif" statusunda siyahıya alıb.Barbara Rischkowsky, Dafydd Pilling (editors) (2007). List of breeds documented in the Global Databank for Animal Genetic Resources, page 138; annex to: The State of the World's Animal Genetic Resources for Food and Agriculture. Rome: Commission on Genetic Resources for Food and Agriculture, Food and Agriculture Organization of the United Nations. . Archived 23 June 2020.

Taksonomiyası Şimal Ronaldsay qoyunu qədim Avropa qısaquyruq qoyun növünün nəslindən gəlir. Nəsil adından da göründüyü kimi, onlar təbii şəkildə qısa quyruqlara malikdirlər. Onların sümükləri digər növlərə nisbətən daha incədir və başları içəriyə doğru əyilmiş formadadır. Bütün qoçlar buynuzludur, bu buynuzlar adətən dişli və spiral şəklindədir. Dişilərin yalnız 20%-i buynuzludur, qalanları isə buynuzsuzdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qoyun cinsləri