Dinoponera — Ponerinae yarımfəsiləsinə aid və yalnız Cənubi Amerikada yayılmış qarışqa cinsi. Bu qarışqalar "tocandira" və ya "nəhəng Amazon qarışqaları" kimi tanınır. Dinoponera dişilərinin ümumi bədən uzunluğu 3–4 sm (1.2–1.6 inç) arasında dəyişir ki, bu da onları dünyanın ən böyük qarışqaları sırasına daxil edir. Ümumi məlumat Dinoponera (tocandira qarışqaları) bir çox Tukano dillərində "piata" kimi də adlanır. Növləri Dinoponera gigantea Perty, 1833 Dinoponera grandis Guérin-Méneville, 1838 Dinoponera hispida Lenhart, Dash & Mackay, 2013 Dinoponera longipes Emery, 1901 Dinoponera lucida Emery, 1901 Dinoponera mutica Emery, 1901 Dinoponera nicinha Dias & Lattke, 2021 Dinoponera quadriceps Kempf, 1971.

Yayılması Dinoponera cinsi yalnız Cənubi Amerikada yayılıb. Onlara Peru, Ekvador və Kolumbiyada And dağlarının şərq yamacındakı dağ meşələrindən Braziliya, Qayana, Boliviya, Paraqvay və Argentinanın savanna və düzənlik meşələrinə qədər ərazilərdə rast gəlinir. Dinoponera australis növü Boliviya, Braziliya, Paraqvay və Argentinada yayılıb və Dinoponera cinsi arasında ən geniş yayılma sahəsinə malik növdür.

Ölçüsü Dinoponera dünyanın ən böyük qarışqa növlərindən birini özündə birləşdirir. Dinoponera dişilərinin uzunluğu 3–4 sm arasında dəyişir. Ölçü Dinoponeranı digər cinslərdən fərqləndirən ən aşkar xüsusiyyətdir. İşçi kastası bu ölçüyə yaxın olan digər qarışqalar Paraponera clavata (güllə qarışqası) və daha böyük Pachycondyla növləridir (məsələn, P. crassinoda, P. impressa və P. villosa). Paraponera clavata özünün zindan şəkilli petiolu, hündür bədəni və dərin bığ yerləri ilə asanlıqla tanınır. Pachycondyla Dinoponera-nın qohum cinsi hesab olunur. Qalereya

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

:en:Tree of Life Web Project: Dinoponera :en:Catalogue of Life: Dinoponera

Animal Diversity Web: Dinoponera

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qarışqalar Kateqoriya:1861-ci ildə təsvir edilən taksonlar