Pyero di Covanni Tedesko () — XIV əsrdə İtaliyada yaşayıb yaratmış alman və ya flamand heykəltəraş. 1386-cı ildən əvvəl doğulmuşdur.

Lorenzo Gibertinin verdiyi məlumata görə, "Tedesko" ləqəbini alman mənşəyini (başqa bir məlumata görə isə Brabant hersoqluğundan olmasını) göstərmək üçün götürmüşdür. Tarixi sənədlərdə ilk dəfə 1386-cı ildə Florensiyada qeyd edilmiş və Florensiya kafedralının inşasında daşyonma işində çalışması göstərilmişdir. Bundan sonra onun Milan kafedralının inşasında iştirak etməsi məlumdur; 1402-ci ildə isə sənətkarın Orvieto kafedralının inşasında çalışması qeyd edilmişdir.

Florensiyadakı Orsanmikele kilsəsinin fasadını bəzəyən məşhur "Madonna qızılgül ilə" heykəlinin müəllifinin Tedesko olması güman edilir.

İstinadlar

Kateqoriya:XIV əsr İtaliya heykəltəraşları Kateqoriya:Florensiya məktəbi sənətkarları Kateqoriya:XIV əsr heykəltəraşları Kateqoriya:Almaniya heykəltəraşları Kateqoriya:Flandriya heykəltəraşları