Nikkolo di Luka Spinelli () — XIII əsrin sonu - XIV əsrdə Toskana şəhərlərində yaşayıb yaratmış italyan zərgər və heykəltəraş.

Sənətkarın həyatı haqqında olduqca az məlumat dövrümüzə çatmışdır. Bəliidir ki, Nikkolo di Luka Spinelli, 1401-ci ildə Filippo Brunelleski, Yakopo della Kverça, Françesko di Valdambrino, Nikkolo di Pyetro Lamberti və Simone da Kolle di Val d'Elza ilə birlikdə Florensiya vəftizxanasının Şimal qapısının barelyeflərinin hazırlanması üçün "Arte dei Mercatanti" gildiyası tərəfindən təşkil olunan müsabiqədə iştirak etmiş, lakin, müsabiqədə Lorenzo Giberti qalib gəlmişdir.

Arezzodakı Müqəddəs Pyotr və Müqəddəs Donato kilsəsinin sağ tərəfdə yan portalının lünetini bəzəyən, 1330-cu ildə hazırlanmış və "Madonna, körpə və iki mələklə, müqəddəslər Donato və X Qriqori ilə" təsvir edilmiş terrakot lünetin müəllifi Nikkolo di Luka Spinellidir.

Florensiya kafedralının Cənub falanqında yerləşən "Zınqırov qapısı"nın edikulları üzərində yerləşən “Müjdəçi mələk” və “Bakirənin müjdələnməsi” heykəlləri Nikkolo di Luka Spinelliyə aid edilir.

İstinadlar

Kateqoriya:İtaliya qızıl ustaları Kateqoriya:XIV əsr İtaliya heykəltəraşları Kateqoriya:XV əsr İtaliya heykəltəraşları Kateqoriya:XIV əsrdə vəfat edənlər Kateqoriya:Arezzoda doğulanlar