Arif Aydın oğlu Məmmədov () — Azərbaycanlı karateçi, idman təşkilatçısı, Azərbaycan Karate-Do Federasiyasının prezidenti (2022–2025), Dünya Müasir Döyüş Növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti (2021–2025), Azərbaycan Respublikasının Əməkdar İdman Ustası və Əməkdar Məşqçisi.

Həyatı Arif Məmmədov 16 sentyabr 1977-ci ildə Gəncə şəhərində anadan olub. 1984–1994-cü illərdə Gəncə şəhəri 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995–2000-ci illərdə Gəncə Dövlət Universitetinin "Hərbi və fiziki təlim" fakültəsində ali təhsil alıb. Uşaq yaşlarından karate ilə maraqlanıb və bütün həyatını bu idman növünə həsr edib. O, karate üzrə üçqat dünya çempionu və beşqat Avropa çempionu olub. Arif Məmmədov bir çox idmançının yetişməsində mühüm rol oynayıb və Azərbaycanın beynəlxalq idman arenasında təmsil olunmasına böyük töhfə verib. 2025-ci ildə Gürcüstanın Batumi şəhərində səhhətində yaranan qəfil problemlər səbəbilə xəstəxanaya yerləşdirilib. Həkimlər ona ağciyərlərin buzlaşması səbəbindən vəfat edib.

Fəaliyyəti 2022-ci ildən Azərbaycan Karate-Do Federasiyasının prezidenti olub. 2021-ci ildən Dünya Müasir Döyüş Növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti vəzifəsini icra edib. 2021-ci ildə Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya keçirilmiş seçkilərdə 2 il müddətinə Şuranın üzvü seçilib.

Təltifləri 2014 – Azərbaycan Respublikasının Əməkdar İdman Ustası 2015 – Azərbaycan Respublikasının Əməkdar Məşqçisi

İstinadlar

Kateqoriya:Azərbaycan karateçiləri