Toşihide Maskaua () — yapon fiziki, hissəciklər fizikası sahəsindəki işi ilə tanınan alim.nobelprize.org (англ.) — Nobel Foundation.Toshihide Maskawa // Brockhaus Enzyklopädie (нем.)https://physicsworld.com/a/japanese-nobel-prize-winning-particle-physicist-toshihide-maskawa-dies-aged-81/Obituary. Дата обращения: 29 июля 2021. Архивировано 29 июля 2021 года. 2008-ci ildə Fizika üzrə Nobel Mükafatına layiq görülmüşdür.
Həyat yolu
Toşihide Maskaua 7 fevral 1940-cı ildə Yaponiyanın Ayçi əyalətinin Naqoya şəhərində anadan olmuşdur.
1958-ci ildə Naqoya Universitetinə daxil olmuş, 1962-ci ildə oranı bitirmiş və burada Seyti Sakatanın qrupunda elementar hissəciklər nəzəriyyəsi üzərində işləməyə başlamışdır. 1967-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək daha üç il universitetdə elmi işçi olaraq qalmışdır. Məhz bu zaman o, Naqoya Universitetində aspirant olan Makoto Kobayaşi ilə tanış olmuşdur. 1970-ci ildə Maskaua Kiotodakı Kioto Universitetində dosent vəzifəsinə təyin edilmiş və M.Kobayaşi 1972-ci ilin aprelində onunla işləməyə başladı. Həmin ilin yayında onlar zəif qarşılıqlı təsirlər nəzəriyyəsində CP-simmetriya qırılmasının mənşəyi haqqında bərabər məqalə hazırlamışdırlar. Onlar bu məqalədə göstərmişdilər ki, bu üçüncü nəsil kvarkların mövcudluğunu fərz etməklə izah edilə bilər. Onların 1973-cü ilin fevral ayında nəşr olunan "Zəif qarşılıqlı əlaqənin yenidən normallaşdırıla bilən nəzəriyyəsində CP-simmetriya pozuntusu"Kobayashi M., Maskawa T. CP Violation in the Renormalizable Theory of Weak Interaction (англ.) // Progress of Theoretical Physics[англ.] : journal. — 1973. — Vol. 49, no. 2. — P. 652—657. — doi:10.1143/PTP.49.652. Архивировано 3 февраля 2012 года. Архивированная копия. Дата обращения: 5 ноября 2017. Архивировано 3 февраля 2012 года. adlı məqaləsi əvvəlcə diqqəti az cəlb etmişdir. Yalnız dörd il sonra, dördüncü kvark (b-kvark) və beşinci leptonun kəşfindən sonra yapon alimlərinin fikirləri lazımi diqqəti cəlb etmişdir. Həmin nəşrdə kvarkların qarışmasının parametrlərini təyin edən Kabibbo-Kobayaşi-Maskaua matrisi təqdim edilmişdir. Bu iş hazırda yüksək enerji fizikasında ən çox istinad edilən məqalələrdən biridir.Top Cited Articles of All Time (2007 edition). Дата обращения: 7 октября 2008. Архивировано 4 июня 2011 года.
Zəif qarşılıqlı təsirlər nəzəriyyəsində CP-simmetriya pozuntusunu öyrənməklə yanaşı, Maskaua hissəciklər fizikasının müxtəlif problemlərinə mühüm nəticələr vermişdir: o, yenidən normallaşdırıla bilən ölçü nəzəriyyəsində xiral simmetriyanın qırılmasını öyrənmiş, supersimmetrik qeyri-xətti nəzəriyyələri və sistemlərin sıxılma xassələrini tədqiq etmişdir. Onun işi mürəkkəb riyazi aparatın yüksək səviyyədə istifadəsi ilə seçilmişdir.
2008-ci ildə "Təbiətdə ən azı üç kvark ailəsinin mövcudluğunu təxmin edən simmetriya qırılmasının mənşəyini kəşf etdiklərinə görə" Makoto Kobayaşi ilə bərabər fizika üzrə Nobel mükafatı almışdır.
Mükafatları
1985-ci il — Yaponiya Elmlər Akademiyasının mükafatı 1985-ci il — Sakurai Mükafatı 1994-cü il — Asaxi mükafatı 2007-ci il — Hissəciklər fizikası və yüksək enerji fizikası sahəsi üzrə mükafat 2008-ci il — Mədəniyyət ordeni 2008-ci il — Fizika üzrə Nobel Mükafatı
İstinadlar
Kobayashi-Maskawa Institute for the Origin of Particles and the Universe (KMI), Nagoya University
Xarici keçidlər
Kateqoriya:Yaponiyanın nəzəri fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Yaponiya akademikləri