Pyrilia haematotis (Qəhvəyibaş tutuquşu) - "Psittacidae" fəsiləsinin "Arinae" yarımfəsiləsinə aid bir quş növü. Meksikadan Kolumbiyayadək rast gəlinir.
Təsvir
"Pyrilia haematotis" 21-23 sm (8,3-9,1 düym) uzunluğunda və 145-150 qram (5,1-5,3 uns) ağırlığındadır. Yetkin fərdlərin başının üstü, qulaq örtükləri və boğazı qırmızımtıl-qəhvəyi rəngdədir, göz arxasında çəhrayı-qırmızı ləkə var, burun dəlikləri və göz halqası isə ağdır. Ensəsi və sinəsi solğun zeytun-sarı, yan tərəfləri isə qırmızı rəngdədir. Bədəninin qalan hissəsi əsasən yaşıldır, qanad kənarında mavi, uçuş lələklərində tünd mavi və quyruq lələklərinin uclarında mavi rənglər var. "P. h. coccinicollaris" yarımnövündə tünd boğazın altında bəzən boyun ətrafına qədər uzanan çəhrayı-qırmızı rənglər var. Cavan fərdlər yetkinlərə bənzəyir, lakin başları daha açıq rəngdədir, göz arxasında qırmızı ləkə yoxdur və sinələri daha yaşıldır.Collar, N. and P. F. D. Boesman (2020). Brown-hooded Parrot (Pyrilia haematotis), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.brhpar1.01 retrieved February 23, 2023
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1860-cı ildə təsvir edilən quşlar Kateqoriya:Meksika quşları Kateqoriya:Cənubi Amerika faunası