Panteon (Le Panthéon de Paris [pɑ̃.te.ɔ̃] ⓘ, qədim yunancadan: πάνθειον (pántheion), "bütün allahların məbədi") Pantheon definitions https://www.definitions.net/definition/pantheon 2020-05-13 — Fransanın Paris şəhərinin V rayonunda abidə. Latın Məhəlləsində (Quartier latın), Mont Sainte-Geneviève dağının üstündə, Panteon Meydanının mərkəzində yerləşir. Bina ilk olaraq kilsə kimi 1758-1790-cı illərdə Kral XV Lüdoviqin göstərişi ilə Jak Jermen Sufflonun layihəsi əsasında inşa edilmişdir. Burada Paris şəhərinin himayədarı sayılan Müqəddəs Jenevyevanın qalıqlarının saxlanılması nəzərdə tutulmuşdur. Nə Sufflo, nə də kral XV Lüdoviq kilsənin tamamlanmasını görməmişlər. Kilsə tamamlanan ərəfədə Fransa İnqilabı başlamışdır. 1791-ci ildə Fransa Milli Assambleyası Saint-Geneviève kilsəsinin görkəmli fransız vətəndaşlarının dəfni üçün məqbərəyə çevrilməsinə səs vermişdir. Belə ki, XVII əsrdən etibarən Roma şəhərindəki Panteon binası bu məqsədlə istifadə olunmuşdur.
Panteonda ilk dəfn edilən şəxs Mirabo qrafı Onore Qabriel Riketi olmuşdur, lakin bir neçə ildən sonra onun qalıqları oradan çıxarılmışdır.
Baxmayaraq ki, memar Sufflonun qalıqları 1829-cu ildə buraya köçürülmüşdür, Panteon XIX əsrdə iki dəfə kilsənin istifadəsinə qaytarılmışdır və nəhayət 1881-ci ildə Üçüncü Fransa Respublikası zamanı binanın məqbərə kimi müstəsna istifadəsinə dair qərar qəbul edilmişdir.
1885-ci ildə Viktor Hüqonun nəşinin Panteona köçürülməsi burada 50 il ərzində baş vermiş ilk dəfn hadisəsi olmuşdur. Panteonda aparılan ardıcıl dəyişikliklər nəticəsində frontondakı (üfüqi və iki maili karnizdən yaranan üçbucaq) heykəllər dəyişdirilmiş, günbəzin üstündə bəzən xaç, bəzən bayraq düzəldilmişdir, interyerdə daha tutqun və kədərli atmosfer yaratmaq üçün bəzi orijinal pəncərələr hörgü ilə bağlanmışdır. Tales of Two Cities: Paris, London and the Birth of the Modern City. Jonathan Conlin. 2013. Atlantic Books. ISBN 978-1782390190 https://books.google.com/books?id=hG7yb-Z9dzUC&pg=PT165 Bu da öz növbəsində qotik kilsənin yüngüllük və parlaqlığını klassik prinsiplərlə birləşdirən Sufflonun orijinal cəhdlərini bir qədər sarsıtmışdır. Nineteenth Century Art: A Critical History. Stephen Eisenman, Thomas E.Crow. 2007. Pages 163. Thames & Hudson. ISBN 978-0500286500 https://books.google.com/books?id=yYQ0AQAAIAAJ Panteonun memarlığı Bramantenin üslubuna uyğun olan günbəzlə örtülərək neoklassizmin erkən nümunəsi hesab olunur.
1851-ci ildə Léon Fuko Panteon saatının kəfkirini tavandan asaraq onun sutkalıq hərəkətini nümayiş etdirmişdir. Həmin saatın surəti hazırda Panteonda nümayiş etdirilir.
2021-ci ilin dekabr ayına olan məlumata görə, 81 nəfərin (75 kişi və 6 qadın) qalıqları Panteona köçürülmüşdür. http://www.theguardian.com/world/2021/aug/22/josephine-baker-to-become-first-black-woman-to-enter-frances-pantheon Josephine Baker to become first Black woman to enter France's Pantheon. Agence France-Presse, August 22, 2021 Hazırda burada 83 nəfərin nəşi yer almışdır. Panteonda uyuyanların yarıdan çoxu İmperator Napoleonun hakimiyyəti dövründə dəfn olunanlardır.
Tarixi Yeri və əvvəlki tikili Panteonun yerləşdiyi ərazi Parisin tarixində böyük əhəmiyyət kəsb etmişdir. Vaxtılə bura bir sıra abidələrlə əhatə olunmuşdur. Burada, Sena çayının sol sahilində yüksək Lukotitsa təpəsində romalıların saldığı Lutesiya şəhərinin forumu yerləşmişdir. Bura, həmçinin 451-ci ildə hunların Parisə hücumu zamanı müqavimət göstərən Müqəddəs Jenevyevanın orijinal məqbərəsinin yeri olmuşdur. 508-ci ildə frankların kralı I Xlodviq bu yerdə kilsə tikdirmişdir və 511-ci ildə onun özü, 545-ci ildə siə həyat yoldaşı həmin kilsədə dəfn olunmuşlar. Kilsə ilk olaraq müqəddəs Pyotr və Pavelə həsr olunmuşdur, lakin sonradan Parisin himayədarı sayılan Müqəddəs Jenevyevanın adını daşımışdır. Bu ərazi orta əsrlərdə dini təhsil mərkəzi olan Müqəddəs Jenevyeva Abbatlığına aid olmuşdur. Jenevyevanın qalıqları kilsədə saxlanılmışdır və şəhərin başının üstünü təhlükə aldıqda təntənəli surətdə təşkil edilmiş yürüşlərə çıxarılaraq nümayiş etdirilmişdir. Lebeurre. 2000. P: 3
Konstruksiyası
1744-cü ildə bərk xəstələnmiş kral XV Lüdoviq vəd etmişdir ki, əgər sağalsa, bərbad vəziyyətdə olan Saint-Geneviève Abbatlığının kilsəsini Parisin himayədarının adına layiq olan daha möhtəşəm bir bina ilə əvəz edəcək. Kral sağalsa da, üstündən on il keçdikdən sonra kilsənin yenidən qurulması və genişləndirilməsinə başlanılmışdır. 1755-ci ildə kralın ictimai işlər üzrə müşaviri markiz de Marinye Abel-Fransua Puasson memar Jak-Jermen Suffloya kilsənin layihəsini hazırlamağı tapşırmışdır. Sufflo 1731-1738-ci illərdə Romada klassik memarlıq üzrə təhsil almışdır. O, ilk işlərinin çoxunu Lion şəhərində həyata keçirmişdir. Saint-Geneviève kilsəsi onun həyatının başlıca işinə çevrilsə də, binanın tamamlanması onun vəfatından sonra baş vermişdir. Moshe Sluhovsky. https://books.google.com/books?id=T71rv5GwI0QC&q=King+Louis+XV+1744+St+Genevieve&pg=PA142 Patroness of Paris: Rituals of Devotion in Early Modern France. Brill. 1998. ISBN 9004108513 Kilsənin ilk layihəsi 1755-ci ildə tamamlanmışdır və şübhəsiz, memar İtaliyada təhsil aldığından, daha çox Bramantenin yaradıcılığından təsirlənmişdir. Kilsə bərabər uzunluqda olan dörd nefli yunan xaçından, kəsişmənin üzərində yerləşən monumental günbəzdən, korinf sütunlu klassik portikdən (binaya yapışıq sütunlu eyvan) və əsas fasadda üçbucaqlı frontonu olan peristildən (açıq yerin dövrəsində düzəldilmiş sütunlar, qaıereya) ibarət idi. Oudin. 1994. P: 479 Sonrakı illərdə kilsənin dizaynı beş dəfə dəyişdirilmişdir, tikiliyə narteks (adətən binanın qərbində yerləşən giriş hissəsi), xor və iki qüllə əlavə edilmişdir. Layihənin planı 1777-ci ildə tamamlanmışdır. Lebeurre. 2000. P:9
Binanın təməli 1758-ci ildə qoyulmuşdur, lakin maliyyə çətinlikləri baxımından iş çox ləng getmişdir. Sufflo 1780-ci ildə vəfat etmişdir və onun işini tələbəsi Jan-Batist Rondelet davam etdirmişdir. Sainte-Geneviève Abbatlığının yenidən qurulması nəhayət, 1790-cı ildə, Fransız İnqilabının başlanmasından sonra tamamlanmışdır.
Binanın uzunluğu 110 metr, eni 84 metr və hündürlüyü 83 metrdir. Tikilinin altında eyni ölçüdə sərdabə (qrot) yerləşir. Binanın tavanı silindr formasında olan bir neçə qübbə və eninə düzəldilmiş tağlar vasitəsilə ayrı-ayrı sütunlar üzərində dayanır. Böyük günbəz dörd nəhəng sütuna söykənən parusların (pandativ) üzərində dayanır. O dövrdə layihəni tənqid edən bir sıra mütəxəssislər sütunların belə böyük günbəzi daşıya bilməyəcəyini iddia etdiklərindən, Sufflo daş konstruksiyanı müasir dəmir-beton binaların prototipi olan dəmir çubuqlarla gücləndirmişdir. XXI əsrdə dəmir çubuqlar xarab olmuş və onları əvəz etmək üçün 2010-2020-ci illərdə binada böyük bərpa işləri həyata keçirilmişdir. Lebeurre. 2000. Pages: 9–10
Günbəz əslində bir-birinin içində quraşdrılmış üç günbəzdən ibarətdir. Birincisi, ən alçaq günbəz rozetlərlə örtülmüş tavana malikdir və düz mərkəzdə açılır. Bu günbəzdən baxdıqda Antuan Qros tərəfindən işlənilmiş “Sainte Genevieve Apofeozu” adlı freska ilə bəzədilmiş ikinci günbəz görünür. Qıraqdan görünən ən kənar günbəz daşdan tikilmişdir və dəmir bəndlərlə bərkidilmişdir, həmçinin o dövrdə Fransada geniş yayılmış dülgərlərin istifadə etdikləri materiallarla yox, qurğuşun üzlüklə örtülmüşdür. Divarların içərisində gizlədilmiş kontrforslar (divarı, günbəzi saxlayan ağır dayaqlar) günbəzin əlavə dəstəyini təmin edir. Lebeurre. 2000. Pages: 12–13 İnqlab - "Millətin Məbədi"
1789-cu ildə Fransız İnqilabı ərəfəsində Saint-Geneviève kilsəsi demək olar tamamlanmışdır, onun yalnız daxili bəzək işləri yarımçıq qalmışdır. 1790-cı ildə Markiz de Villette kilsəni Romadakı Panteon nümunəsinə əsaslanaraq azadlıq məbədinə çevirməyi təklif etmişdir: “Gəlin, burada böyük adamlarımızın heykəllərini ucaldaq və onların küllərini sərdabədəki yeraltı dərinliklərdə basdıraq”. Bu ideya rəsmi olaraq 2 aprel 1791-ci ildə Milli Məclisinin sədri Konte de Mirabonun vəfatından sonra qəbul edilmişdir. 1791-ci il aprelin 19-da Məclis qərar çıxarmışdır ki, “bu, dini kilsə millətin məbədi, burada dəfn olunan böyük insanların məzarları isə azadlıq qurbangahı olacaq”. Məbədin girişinin üzərindəki mətn yenilənmişdir: “Qədirbilən xalq böyük adamlarını şərəfləndirir”. Bəyannamənin təsdiq edildiyi gün kilsədə Mirabonun dəfn mərasimi keçirilmişdir. Lebeurre. 2000. P:16 Volterin nəşi 1791-ci il iyulun 11-də Panteona gətirilib təntənəli şəkildə dəfn edilmişdir. Ardınca bir neçə inqilabçının, o cümlədən Mirabonu əvəz edən Jan-Pol Maratın və filosof Jan-Jak Russonun qalıqları burada dəfn edilmişdir. İnqilab zamanı sürətli hakimiyyət dəyişikliyi baş verdiyindən, Panteonda dəfn olunan ilk adamlardan ikisi, Mirabo və Jan Pol Marat xalqın düşmənləri elan edildiklərindən, onların qalıqları məbəddən çıxarılmışdır. Nəhayət, Fransa Konvensiyasının yeni hökuməti 1795-ci ilin fevralında qərar vermişdir ki, on ildən az müddətdə vəfat etmiş heç bir şəxs Panteonda dəfn edilə biməz.
Kilsə məqbərəyə çevrildikdən az müddət sonra Assambleya interyeri daha qaranlıq və təntənəli etmək üçün nəzərdə tutulmuş memarlıq dəyişikliklərini təsdiqləmişdir. Memar Kartmer de Kensi işığın həcmini azaltmaq üçün aşağı pəncərələri kərpiclə hördürmüş, yuxarı pəncərələri isə mat şüşə ilə örtmüşdür. Fasadı bəzəyən əşyaların çoxunu çıxartmışlar. Bəzəkli divar fənərlərini və zəngləri fasaddan götürmüşlər. 1791-ci ildə bütün dini frizlər (haşiyələr) və heykəllər məhv edilmiş, onları vətənpərvərlik mövzusunda düzəldilmiş heykəllər və freskalar əvəz etmişdir. Lebeurre. 2000. P:17
Məbəddən kilsəyə və kilsədən məbədə qayıdış (1806-1830)
Napoleon Bonapart 1801-ci ildə Birinci Konsul seçilərkən Roma Papası Konkordat ilə sənəd imzalayaraq Panteon da daxil olmaqla, keçmiş kilsələrin hamısının bərpasına razılıq vermişdir. O dövrdə Panteon Notr-Dam Kafedral kilsəsinin yurisdiksiyasında olub. Burada mühüm hadisələr, həmçinin Napoleonun Austerlitsdəki qələbəsi qeyd olunmuşdur. Bununla belə, kilsənin sərdabəsi, yeraltı məzarlığı məşhur fransızların dəfn olunduğu yer kimi rəsmən qorunub saxlanılmışdır. Sərdabəyə yeni giriş Şərq eyvanı tərəfdən düzəldilmişdir. (1809-1811). Günbəzin içini bəzəmək rəssam Antoine-Jean Grosa həvalə olunmuşdur. O, kilsənin dünyəvi və dini aspektlərini birləşdirərək burada mələklər tərəfindən cənnətə qaldırılmış “Müqəddəs Jenevyevanın Apofeozu”nu, Fransanın böyük hökmdarları I Xlodviqdən tutmuş Böyük Karla, Napoleona və Jozefinaya kimi təsvir etmişdir.
Napoleonun hakimiyyəti dövründə qırx bir görkəmli fransız vətəndaşının qalıqları məbəddə yerləşdirilmişdir. Bunlar əsasən hərbi zabitlər, senatorlar və imperiyanın digər yüksək rütbəli məmurları idilər. Eyni zamanda, tədqiqatçı Louis-Antoine de Bougainville və Napoleonun şəxsi rəssamı olmuş Jak-Lui Davidin müəllimi rəssam Cozef-Marie Vien burada dəfn olunmuşlar. Lebeurre. 2000. Pages:26–27
Napoleonun süqutundan sonra Burbonların yenidən hakimiyyətə gəlməsi zamanı 1816-cı ildə Fransa kralı XVIII Lüdoviq bütün Panteonu yeraltı məzarlıq daxil olmaqla katolik kilsəsinə qaytarmışdır. Kilsə yenidən kral XVIII Lüdoviqin iştirakı ilə rəsmi olaraq təqdis olunmuşdur. Təqdis mərasimi inqilab zamanı ləğv edilmişdir.