Vipera ursinii — "Viperidae" fəsiləsinin "Viperinae" yarımfəsiləsinə aid zəhərli bir ilan növü. Nəsli kəsilmək təhlükəsi altında olan çox nadir bir növdür. Bu növ ümumiyyətlə "çəmən ilanı", "Ursini ilanı"Mallow D, Ludwig D, Nilson G (2003). True Vipers: Natural History and Toxinology of Old World Vipers. Malabar, Florida: Krieger Publishing Company. . və ya "çəmən gürzəsi"Brown, John Haynes (1973). Toxicology and Pharmacology of Venoms from Poisonous Snakes. Springfield, Illinois: Charles C. Thomas. . adlanır. Fransada, İtaliyada, eləcə də Şərqi Avropanın böyük bir hissəsində tapılır. Bir neçə yarımnövü tanınır.
Təsvir
"V. ursini" yetkinləri orta hesabla quyruq da daxil olmaqla ümumi uzunluğu 40–50 sm (15.75–19.69 düym) olur, baxmayaraq ki, ümumi uzunluğu 63–80 sm (24.8–31.5 düym) olan nümunələr də qeydə alınıb. Dişilər erkəklərdən daha böyükdür. Bəzən "V. aspis" və ya "V. berus" ilə qarışdırılsalar da, aşağıdakı xüsusiyyətlərinə görə onlardan fərqlənirlər. Avropanın ən kiçik gürzəsi olan bu ilan, qalın bir gövdəyə, dar bir başa və kobud bir görünüşə malikdir. Burun yuxarıya doğru çevrilməmişdir. Başın üstündə həmişə bir neçə böyük pulcuq və ya lövhə var. Görkəmli dərəcədə qabarıq dorsal pulcuqlar yalnız 19 cərgədədir və tez-tez aralarındakı qara dəri görünür. Qara ilə haşiyələnmiş tünd dalğalı dorsal zolağı olan boz, qəhvəyi və ya sarımtıl rəngdədir.Arnold EN, Burton JA (1978). A Field Guide to the Reptiles and Amphibians of Britain and Europe. London: Collins. . (Vipera ursinii, pp. 215–217 + Plate 39 + Map 121).
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əsl gürzələr Kateqoriya:Avrasiya sürünənləri Kateqoriya:Avropa sürünənləri Kateqoriya:Azərbaycan sürünənləri Kateqoriya:Şarl Lüsyen Bonapart tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Həssas növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1835-ci ildə təsvir edilən heyvanlar