Varaqa ibn Nofəl və ya tam adı ilə Varaqa ibn Nofəl ibn Əsəd ibn Əbd-əl-Ezza ibn Qusey Əl-Qureyşi (; ölüm 610) — Məhəmmədin birinci həyat yoldaşı olan Xədicənin ata tərəfdən əmisi oğlu olan Aysor Nestorian keşişi idi. Məhəmmədin Xədicə ilə olan izdivacının da şahidi olmuşdur.

Ümumi qəbul edilmiş klassik mənbələrdə bildirilir ki, birinci vəhydən sonra Xədicə mövcud vəziyyəti izah etməsi üçün Məhəmmədi Varaqanın yanına aparmışdır. Varaqa deyilənlərə qulaq asdıqdan sonra, baş vermiş olan bu hadisənin bir vəhy olduğunu, Məhəmmədə peyğəmbərlik verildiyini və əgər özünün də gənc olsaydı, onun tərəfdarlarından biri olmaq istədiyini bildirmişdir.

Varaqa baş vermiş olan bu hadisə haqqında onun nə düşündüyünü soruşan İslam peyğəmbərinə onun yanına gələn mələyin Musanın yanına (bəzi rəvayətlərə əsasən İsanın) gələn Namus (Cəbrayıl və ya Tövrat) olduğunu və onun yəhudi və xristianların gözlədiyi sonuncu peyğəmbər olduğunu bildirmişdir. Məhəmmədin gələcəkdə öz qəbiləsi tərəfindən uzaqlaşdırılacağı zaman, ona kömək edəcəyini bildirmiş, lakin o günü görmədən dünyasını dəyişmişdir.

Məhəmməd ibn Abdullah ilk vəhyini Varaqa ibn Nofələ bildirdikdən qısa bir zaman sonra Varaqa ibn Nofəl vəfat etmişdir. Bu hadisədən sonra vəhy 40 gün müddətinə kəsilmişdir. Bu dövr "İnqita-i Vəhy" hadisəsi adlandırılır.

Varaqa ibn Nofəl din xadimi olmaqla bərabər, həm də şair olmuşdur. Onun yazdığı şeirlərin bəziləri müasir dövrümüzə qədər gəlib çatmağı bacarmışdır.

İstinadlar

Ədəbiyyat siyahısı

Xarici keçidlər

A short description of the first revelation and immediate events Islamic Awareness - Did Waraqah ibn Nawfal teach the Prophet?

Kateqoriya:İslam və xristianlıq Kateqoriya:İslam terminləri Kateqoriya:Məhəmmədin ailəsi Kateqoriya:İslam tarixi Kateqoriya:İslam və digər dinlər Kateqoriya:Xristianlıq və digər dinlər Kateqoriya:VI əsr ərəbləri