Anthreptes malacensis — Sərçəkimilər fəsiləsinə aid quş növü. Ümumi məlumat Anthreptes malacensis sadəboğaz nektarquşu kimi tanınır və "Nectariniidae" fəsiləsinə aid sərçə növüdür. Cənub-Şərqi Asiyada, Myanmadan Kiçik Sunda adaları və qərb Filippinə qədər geniş yarıaçıq yaşayış mühitlərində rast gəlinir. Filippinin qalan hissəsində tapılan bozboğaz nektarquşu tez-tez qəhvəyiboğaz nektarquşunun yarımnövü hesab olunur, lakin onlar ölçülər və lələk rəngi baxımından ardıcıl şəkildə fərqlənir və aralarında keçid olduğuna dair heç bir sübut yoxdur.Cheke, R. A., & Mann, C. F. (2008). Brown-throated Sunbird (Anthreptes malacensis). pp. 247 in: del Hoyo, J., Elliott, A. & Christie, D. A. eds. (2008). Handbook of the Birds of the World. Vol. 13. Penduline-tits to Shrikes. Lynx Edicions, Barcelona.
Anthreptes malacensisin aşağıdakı yarımnövləri məlumdur: "A. m. malacensis" (Scopoli, 1786) – Cənub-Şərqi Asiya materiki, Sumatra və yaxınlıqdakı adalar, Borneonun şimalı xaricindəki hissəsi, Java və Bali. "A. m. anambae" (Oberholser, 1917) – Anambas adaları. -"A. m. erixanthus" (Oberholser, 1932) – Natuna adaları. "A. m. bornensis" (Riley, 1920) – şimal Borneo. "A. m. mjobergi" (Bangs & Peters, JL, 1927) – Maratua. "A. m. paraguae" (Riley, 1920) – Palavan. "A. m. heliolusius" (Oberholser, 1923) – Mindanao. "A. m. wiglesworthi" (Hartert, 1902) – Sulu arxipelaqı. "A. m. iris" (Parkes, 1971 – Sibutu) adaları. "A. m. chlorigaster" (Sharpe, 1877)– Qərbi Visayas. "A. m. cagayanensis" (Mearns, 1905 – Mapun. "A. m. heliocalus" (Oberholser, 1923) – Sangihe və Siau. "A. m. celebensis" (Shelley, 1878)– Sulavesi və yaxınlıqdakı adalar. "A. m. extremus" (Mees, 1966) – Bangqai və Sula. "A. m. convergens" (Rensch, 1929) – Lombokdan Alorə qədər. "A. m. rubrigena" (Rensch, 1931) – Sumba.
Təsviri Anthreptes malacensis nisbətən böyük və ağır bir nektarquşudur, qalın dimdiyi var. Təxminən 14 sm uzunluğunda olub, çəkisi 7,4-13,5 qram arasındadır. Erkəklər dişilərdən bir qədər böyükdür. Digər nektarquşular kimi, erkək Anthreptes malacensis dişidən daha rəngarəngdir. Erkəyin üst hissələri parlaq yaşıl və bənövşəyi rəngdədir, qanad örtükləri və çiyin lələkləri kürən rəngdədir; alt hissələri əsasən sarıdır. Dişi isə üstdən zeytun-yaşıl, altdan sarımtıl rəngdədir.
Anthreptes malacensis əsasən nektarla qidalanır, lakin kiçik meyvə və giləmeyvələr də yeyir. Balalar həşəratlarla qidalandırılır.
Qorunma statusu "Beynəlxalq Təbiəti Mühafizə İttifaqı" (IUCN) Anthreptes malacensis "Ən Az Narahatlıq Doğuran" kateqoriyasında qiymətləndirib. Geniş yayılma sahəsinə malikdir və populyasiya ölçüsü məlum deyil. Yaxın təhlükələr müəyyən edilməmişdir. Qalereya
İstinadlar
Ədəbiyyat Cheke, Robert A., Mann, Clive F., & Allen, Richard. (2001). Sunbirds: A Guide to the Sunbirds, Flowerpeckers, Spiderhunters and Sugarbirds of the World. Christopher Helm, London. pp. 184–186.
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya quşları Kateqoriya:Anthreptes Kateqoriya:İndoneziya quşları Kateqoriya:1786-cı ildə təsvir edilən quşlar Kateqoriya:Cənub-Şərqi Asiya quşları