Calonectris edwardsii (Kabo Verde qayalıq fırtınaquşu) və ya yerli dildə "kagarra" — Procellariidae fəsiləsinə aid olan orta-böyük ölçülü bir dəniz quşu.

Taksonomiya

"Calonectris edwardsii" ilk dəfə 1883-cü ildə Oustalet Emile tərəfindən müstəqil bir növ kimi təsvir edilmişdir. Daha sonra "Kori qayalıq fırtınaquşu"nun yarımnövü kimi qəbul edilmiş, lakin 1995-ci ildə Kornelis Hazevoet tərəfindən yenidən ayrı bir növ kimi təsnif edilmişdir.Hazevoet, C.J. (1995). The birds of the Cape Verde Islands. Tring, UK: British Ornithologists' Union (Check-list 13).

Təsvir

"Calonectris edwardsii"nin incə və tünd rəngli bir dimdiyi var. Başı və üst hissələri "Kori qayalıq fırtınaquşu"na nisbətən daha tünddür. Uçuşu daha sərt və tez qanad vurmaları ilə xarakterizə olunur. Ümumi görünüş etibarilə "Kori qayalıq fırtınaquşu"ndan daha kiçik, incə və künclü bir quş təəssüratı yaradır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1883-cü ildə təsvir edilən quşlar Kateqoriya:Afrika quşları