Melozone cabanisi — Sərçəkimilər fəsiləsinə aid quş növü. Ümumi məlumat Melozone cabanisi Yeni dünya sərçələri fəsiləsinə aid quşdur. Əvvəllər Melozone cabanisi "Prevost" yer sərçəsinin yarımnövü hesab olunurdu. Melozone cabanisi Kosta-Rikanın mərkəzi hissəsinə endemik bir növdür. Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) tərəfindən "Təhlükəyə Yaxın" statusuna aid edilmişdir. Bunun səbəbi onun kiçik yayılma sahəsinin, son onilliklərdə şəhərləşmənin artması nəticəsində təzyiq altında olan Mərkəzi Meseta bölgəsində məhdudlaşmasıdır. Bəzi dəyişdirilmiş mühitlərdə, məsələn, qəhvə plantasiyalarında yaşamağa davam etsə də, bu quşun yayılma sahəsi məhduddur və populyasiyası nisbətən kiçikdir. Təxminən 20.000 ilə 50.000 arasında yetkin fərd olduğu qiymətləndirilir. Bundan əlavə, populyasiyanın azalma tendensiyasında olduğu ehtimal edilir.
Təsvir Bu quş orta hesabla 15 sm uzunluğunda və 28 qram ağırlığındadır. Yetkin fərdlərin qısa və tünd-boz rəngli dimdiyi, zeytun-qonur rəngli və zolaqsız üst hissəsi, kürən rəngli baş təpəsi və əsasən ağ rəngli alt hissəsi var. Cavan quşların üst hissəsi daha qonur, alt hissəsi isə sarımtıldır. Baş naxışları daha solğun və müəyyən olmayandır. Baş təpəsinin kürən rəngli hissəsi gözün arxasına qədər uzanır və ön kənarı qara rənglə haşiyələnmişdir. Bu qara haşiyə ağ göz halqası ilə kəsilir. Alın hissəsi ağ rənglidir və aşağıdan incə qara xəttlə haşiyələnmişdir. Qara yanaq zolağı və qara mərkəzi döş ləkəsi mövcuddur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:1868-ci ildə təsvir edilən quşlar