Haematopus chathamensis (Çatem adaları ilbiztutanı) — Əvvəllər, sadəcə "Çatem ilbiztutanı" kimi tanınan, ilbiztutan növü. Bu, Yeni Zelandiyanın Çatem adalarına endemik olan bir quşudur. Bu növ "Beynəlxalq Təbiəti Mühafizə Birliyi" (IUCN) tərəfindən "təhlükə altında" kimi qiymətləndirilir və 2004-cü il siyahıyaalınmasına görə cari populyasiya 310-325 quşdan ibarətdir. Əsas təhlükə tətbiq edilmiş yırtıcılardan qaynaqlanır.

Təsvir

Çatem adaları ilbiztutanı, fərqli qara və ağ lələklərə və uzun, qalın narıncı-qırmızı dimdiyə malikdir. Baş, boyun, döş, bel, qanadlar və quyruq qara rəngdədir. Aşağı hissələr ağdır və döş hissəsində qeyri-müəyyən bir sərhəd var. Gözün iris hissəsi qırmızı, göz ətrafı isə narıncı halqalıdır. Qısa və qalın ayaqları çəhrayı rəngdədir. Yetkin fərdlərin uzunluğu təxminən 48 santimetrdir (19 düym).

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Alacüllüt Kateqoriya:Alacüllütlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Yeni Zelandiya quşları Kateqoriya:Yeni Zelandiya endemikləri