Yurd Qaleriyası — Azərbaycan Respublikasının Laçın şəhərində fəaliyyət göstərən və işğaldan azad olunmuş ərazilərdə açılmış ilk mədəniyyət və incəsənət məkanıdır. Qalereya Qarabağ bölgəsinin bərpası və mədəni canlanması strategiyası çərçivəsində yaradılmışdır. Yurd Qalereyasının əsas məqsədi, Qarabağ bölgəsinin zəngin mədəni irsinin təbliği, yerli və beynəlxalq sənətkarlar arasında körpü yaratmaq və Laçın şəhərinin mədəni və yaradıcılıq mərkəzi kimi mövqeyini gücləndirməkdən ibarətdir.
Qaleretanın struktur və fəaliyyət sahələri isə xalça sərgisi, yerli və beynəlxalq rəssamların əsərlərinin nümayişi, ustad dərslərinin keçirilməsidir.
İstinadlar