Alexander McQueen — 1992-ci ildə Aleksandr Makkuin tərəfindən qurulan moda evi.

Tarix Moda evinin əsası 1992-ci ildə Alexander McQueen tərəfindən qoyulmuşdur. Onun "Taxi Driver" adlı debüt kolleksiyası Martin Skorsezenin eyniadlı filminə istinad edirdi. Hər bir sonrakı tamaşa yüksək teatral yanaşma ilə seçilirdi ki, bu da dizaynla birləşərək böyük müzakirələrə səbəb olurdu. Bu markanın əlamətdar xüsusiyyəti oldu.

2001-ci ildə moda evi Gucci Qrupuna (indiki Kering Group) qoşuldu. McQueen daha sonra şirkətdəki 51% payını satdı.

2006-cı ildə evin prêt-à-porter markası McQ debüt etdi. Xətt gənclərə yönəlmişdi.

2010-cu ilin fevralında Aleksandr Makkuin intihar etdi. Onun uzun müddət əməkdaşlıq etdiyi Sarah Burton yaradıcı direktor təyin edildi.

2023-cü ilin oktyabrında Seán McGirr kreativ direktor təyin edildi.

İstinadlar

Xarici keçidlər Официальный сайт Alexander McQueen

Kateqoriya:Geyim Kateqoriya:Birləşmiş Krallıq brendləri