Çaak, Çak və ya Çaki (mayya. Chaahk) — mayya mifologiyasında yağış, göy gurultusu, şimşək və fırtına tanrısı.
Təsvir left|thumb|224x224px|Drezden kodeksində Çak left|thumb|175x175px|Çak formalı ritual qabı, Mayapan, Post-Klassik dövr. 1250-1450-ci illər. Çak, qulaqlarının üstünə dəniz qabıqları taxırdı. Onun uzun, çıxıntılı bir burnu var idi. Ağzının hər küncündən qıvrılmış zəli formasında çıkıntıları, bir əlində ildırımları simvolizə edən baltası var idi.
İnanc Çak xüsusilə Meksikanın Yukatan bölgəsində əhəmiyyətli sayılırdı. Digər əsas Mayya tanrıları kimi, Çak da dörd tanrı şəklində, yəni Çaklar olaraq da təcəssüm etdirilirdi. Bu dörd tanrı kompasın dörd istiqaməti və onlara uyğun rənglərlə əlaqələndirilirdi: Ağ – Şimal, Qırmızı – Şərq, Qara – Qərb, Sarı – Cənub. thumb|Meksikanın Milli Antropologiya muzeyində nümayiş olunan Çak-Mul heykəli.|294x294px Çak həmçinin kənd təsərrüfatı və bərəkət ilə əlaqələndirilirdi. O, yağış və küləklərin hökmdarı kimi tanınırdı. Senotlar, quyular, çaylar və bulaqlar kimi mühüm su mənbələrinə o nəzarət edirdi. Səmanın hökmdarı olan bu tanrı, Şibalbanın Kamasots adlı tanrısının düşməni hesab olunurdu. Çak mehriban, lakin qabaqcadan təxmin edilə bilməyən bir tanrı kimi düşünülürdü.
Qurbangətirmə Çak çox geniş yayılmış hörmət və inanca sahib idi; insanlar onun və dörd ikinci dərəcəli çakların rəğbətini qazanmaq üçün dua edir və qurbanlar verirdilər. Post-Klassik dövrdə, Çiçen-İtsa şəhərində insan qurbanı vermək yağış tanrısı ilə əlaqələndirilmişdi. Qurbanların əllərini və ayaqlarını tutan kahinlərə də "çaklar" deyilirdi. Post-Klassik dövrdə, Mayya və Toltek xarabalıqlarında tapılan uzanıqlı vəziyyətdə olan və Çak-Mul adlandırılan bu heykəllərin də yağış tanrısını təmsil etdiyi düşünülür. İspan fəthindən sonra, Çaklar xristian müqəddəsləri ilə əlaqələndirildi və tez-tez at belində təsvir olunmağa başlandı.
Həmçinin bax
Tlalok
İstinadlar
Kateqoriya:Səma və hava tanrıları Kateqoriya:Şimşək tanrıları