Azərbaycan Atletika Federasiyası — Azərbaycan Atletika Federasiyası (AAF) 1923-cü ildə yaradılmış və 1992-ci ildən yenidən təsis edilmişdir. AAF 1992-ci ildən etibarən Atletika Federasiyalarının Beynəlxalq Assosiyasiyası və Asiya Atletika Federasiyaları Assosiyasiyasının üzvüdür. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən Atletika Federasiyalarının Beynəlxalq Assosiyasiyasının konqresində Azərbaycan Atletika Federasiyasının müraciətinə əsasən, Avropa Atletika Federasiyaları Assosiyasiyasının (EAA) üzvlüyünə keçirilmişdir.

Haqqında Bakıda ilk atletika yarışları 1922-ci ildə keçirilmişdir. 1920-ci illərdə Sovet İttifaqı qurulduqdan sonra Azərbaycan SSR-də yüngül atletika inkişaf etməyə başladı. Azərbaycan Atletika Federasiyası (AAF) 1923-cü ildə yaradılmışdır. 1992-ci ildən yenidən təsis olunduqdan sonra Avropa Atletika Assosiasiyasına (EAA) yox, Asiya Atletika Federasiyasına üzv qəbul olunub. 1996-cı ildə AAF rəhbərliyinə Çingiz Hüseynzadənin gəlişindən sonra ilkin addım kimi Asiyadan Avropaya keçid məsələsi qaldırılıb. Vaxt azlığı ilə əlaqədar Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) 1997-ci ildə keçirilmiş konqresinədək EAA-ya üzvlük məsələsi həllini tapmayıb. Buna görə də AAF 1998-ci ilədək Asiya miqyaslı yarışlarda təmsil olunub. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən İAAF-ın konqresində isə federasiyanın Avropa Atletika Assosiasiyasına üzvlüyü reallaşıb. Çingiz Hüseynzadə EAA-ya üzvlüyün vacibliyini belə əsaslandırır:

AAF birinci prezidenti Səməd Salehov seçilmişdir. 1994-cü ildən Elxan Ağayev AAF rəhbərlik etmişdir. 1996-cı ildən 223-cü ilə qədər Çingiz Hüseynzadə AAF prezidenti olmuşdur. 01 aprel 2023-cü ildə Cavid Qurbanov AAF-ın yeni Prezidenti seçilmişdir.

İstinadlar

Xarici keçidlər

Atletika Kateqoriya:Azərbaycanda yüngül atletika Kateqoriya:Azərbaycan Atletika Federasiyası