Strix sartorii — Bayquşlar fəsiləsinin Yapalaqca yarımfəsiləsinə aid quş növü. Ümumi məlumat Strix sartorii Meksikaya endemik olan bayquş növüdür. Strix sartorii tarixən tez-tez bəzən Strix fulvescens ilə birlikdə Strix varianın yarımnövü kimi qəbul edilmişdir. Lakin 2010-cu ildən etibarən səs və genetik fərqlər onun ayrı bir növ kimi təsnif edilməsini tələb edir. "Beynəlxalq Ornitoloji Komitəsi" (IOC) və Clements taksonomiyası onu ayrı bir növ kimi tanıyır. Lakin 2020-ci ilin dekabrına qədər "BirdLife International"ın "Handbook of the Birds of the World" təsnifatı onu hələ də Strix varianın yarımnövü kimi qəbul edir.
Təsviri Strix sartoriinin çox az nümunəsi ölçülmüşdür. Mövcud məlumatlara görə uzunluğu 430–505 sm, erkəklərin çəkisi 469–812 qram, dişilərin çəkisi isə 610–1051 qram arasında dəyişir. Bu iri və yumru başlı bayquşun üst hissələri boz-qəhvəyi rəngdə olub ağdan saman rənginə qədər zolaqlıdır. Üz diskləri boz-ağdan qəhvəti-boz rəngdədir və tünd qəhvəyi və saman rəngli zolaqlarla əhatə olunub. Alt hissələri açıq saman rəngdən ağ rəngə qədər dəyişir və tünd zolaqlıdır.Clements, J. F., T. S. Schulenberg, M. J. Iliff, S. M. Billerman, T. A. Fredericks, J. A. Gerbracht, D. Lepage, B. L. Sullivan, and C. L. Wood. 2021. The eBird/Clements checklist of Birds of the World: v2021. Downloaded from https://www.birds.cornell.edu/clementschecklist/download/ Retrieved August 25, 2021 Strix sartoriiyə üç ayrı ərazidə rast gəlinir. Ən böyük ərazi Sierra Madre Oriental boyunca şimalda San Luis Potosi ilə cənubda Verakruz arasında yerləşir. İkinci ən böyük ərazi Durangodan cənubda Miçoakana qədər uzanır, üçüncü ərazi isə Qerreroda nisbətən kiçik bir sahədir. Əvvəllər Oaxakada da rast gəldiyi güman edilir.Spencer, A. J. (2021). Cinereous Owl (Strix sartorii), version 1.0. In Birds of the World (A. J. Spencer, Editor). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.barowl13.01 retrieved September 7, 2021
Strix sartoriinin qidalanma strategiyası və qidası haqqında çox az məlumat var, lakin hər ikisinin zolaqlı bayquşla oxşar olduğu güman edilir. Bu növ yarı-gecəvi və ya gecəvi olub kiçik məməlilər, dırnaqlılar, kiçik quşlar, sürünənlər və onurğasızlarla qidalanır.HBW and BirdLife International (2020) Handbook of the Birds of the World and BirdLife International digital checklist of the birds of the world Version 5. Available at: http://datazone.birdlife.org/userfiles/file/Species/Taxonomy/HBW-BirdLife_Checklist_v5_Dec20.zip [.xls zipped 1 MB] retrieved May 27, 2021
Strix sartoriinin çoxalma fenologiyası haqqında yeganə məlumat Nayaritdə iyun ayının əvvəlində müşahidə edilən uçmaq üçün hazır olan bir baladan gəlir. Bu balanın uçuş lələkləri yaxşı inkişaf etmiş, lakin bədəni tüklərlə örtülü idi.
Qorunma statusu Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) Strix sartoriinin statusunu qiymətləndirməyib və bu növü "bioloji hər bir aspekti üzrə daha çox tədqiqat tələb olunur", kimi dəyərləndirib. İstinadlar
Ədəbiyyat König, Weick and Becking. 1999. "Owls: A Guide to the Owls of the World". Yale University Press Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1874-cü ildə təsvir edilən quşlar