Platinum Dunes — 2001-ci ilin noyabr ayında kinorejissorlar Maykl Bey, Bred Fuller və Endryu Form tərəfindən yaradılmış Amerika film istehsalı şirkətidir. Şirkət Texas qətliamı, Məhşər gecəsi, Cümə, ayın 13-ü,Qarağac küçəsində qarabasma, Ouija, Səssiz yer və Səssiz yer 2 kimi qorxu filmləri istehsal etmişdir.

7 oktyabr 2009-cu ildə Paramount Pictures Platinum Dunes ilə ilk baxış müqaviləsini bağladığını elan etmişdir. Bununla da onlar qorxu janrından döyüş və triller janrındakı filmlərə keçməyi planlaşdırdıqlarını bildirmişlər. 27 may 2010-cu ildə onların eyniadlı Nindza tısbağalar film seriyasının yenidən davam etdirilməsi üzərində işləyəcəkləri açıqlanmışdır. 2014-cü ildə Platinum Dunes The Hollywood Reporter tərəfindən ilin film istehsalçısı seçilmişdir. 2015-ci ildə şirkət The Hollywood Reporter jurnalının Hollivudun ən güclü 30 kino istehsalçısı siyahısına daxil edilmişdir. 2018-ci ildə Fuller və Form mehribanlıqla Platinum Dunes şirkətindən ayrılaraq, Fully Formed Entertainment adlı yeni istehsal şirkəti yaratmışdır.

Həmçinin bax Almanax layihəsi

İstinadlar

Kateqoriya:ABŞ film şirkətləri Kateqoriya:Los-Anceles şirkətləri Kateqoriya:ABŞ-nin televiziya istehsalı şirkətləri Kateqoriya:2001-ci ildə ABŞ-də yarananlar Kateqoriya:2001-ci ildə yaradılmış media şirkətləri