Leptodactylus fallax — Quyruqsuzlar heyvan dəstəsinə aid qurbağa növü. Ümumi məlumat Dominika və Montserrat üçün endemik və təhlükə altında olan qurbağa növü.
Leptodactylus fallax dünyanın ən böyük qurbağalarından biridir, Leptodactylidae fəsiləsinin ən böyük növü və Karib hövzəsinə məxsus ən böyük qurbağadır. Çəkisi 1 kq və uzunluğu 22 sm qədər ola bilər, baxmayaraq ki, adi yetkin fərdlərin ölçüsü 17–18 sm arasındadır. Dişilər adətən erkəklərdən daha böyük olur. Rəngi yüksək dərəcədə dəyişkəndi, üst hissəsi bir qəhvəyi rəngdən zolaqlı və ya xallı rənglərə qədər dəyişə bilər. Bədənin yan tərəfləri daha narıncı-sarı, alt hissəsi isə açıq sarı rəngdə olur. Ağızdan burun hissəsinə qədər qara bir xətt uzanır, budlarında isə geniş zolaqlar olur. Dağ toyuğunun başının arxasından qasıq hissəsinə qədər qara konturlu xətti və iri, diqqət çəkən gözləri var. Gözlərinin tünd göz qapağı və qızılı iris hissəsi vardır. Bədəni güclü, başı böyük və ayaqları əzələlidir. Erkək dağ toyuğu dişidən kiçik ölçüsü və baş barmaqlarında yerləşən qara "mahmızlar" ilə fərqlənir. Bu mahmızlar cütləşmə zamanı dişini sıxmaq üçün istifadə olunur.
Leptodactylus fallax quru və gecə həyat tərzi keçirir. Bu həvəskar yırtıcı, demək olar ki, bütöv udula bilən hər şeyi yeyir. Yaşayış mühitinə uyğun kamuflyajı var və uzun müddət hərəkətsiz qalaraq, əsasən gecələr ovunu pusqudan tutur. Onun qidası müxtəlifdir, lakin tamamilə yırtıcıdır: əsasən cırcırama və digər hşəratları yeyir, həmçinin qırxayaqlılar, xərçənglər, hörümçəklər və hətta kiçik onurğalılar, məsələn, digər qurbağalar, ilanlar və yarasalar kimi kiçik məməlilər də onun qidasına daxildir. Digər qurbağaları yeməyə meyilli olsa da, döllənməmiş yumurtalar istisna olmaqla, dağ toyuğunda kannibalizm müşahidə edilməmişdir. Gündüz vaxtı dağ toyuğu nəm torpaqda qazdığı yuvalarda gizlənir. İstinadlar
Xarici keçidlər
Mountain Chicken at The Ark Gallery
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Beynəlxalq Qırmızı Kitab Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər